"Sabah" Coy-Lens Mikelslə müqavilənin müddətini uzadıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2026
20:30
0
0
1 222
ff aaaaaaa

"Sabah" Coy-Lens Mikelslə müqavilənin müddətini uzadıb

27 may, 2026
20:30
1 222

"Sabah" Coy-Lens Mikelslə müqavilənin müddətini uzadıb

"Sabah" klubu futbolçusu Coy-Lens Mikelslə müqavilənin müddətini uzadıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Masazır təmsilçisi məlumat yayıb.

Hücumçu ilə bağlanmış yeni sözləşmənin müddəti 2 ildir.

Xatırladaq ki, Mikels "Sabah"ın tarixində ən çox qol vurmuş futbolçudur. O, komandanın heyətində keçirdiyi 139 oyunda 72 qola imza atıb.

Ruanda millisinin də üzvü olan futbolçu "Sabah" forması ilə 1 dəfə Azərbaycan çempionu olub, 2 dəfə isə ölkə kubokunu qazanıb. Misli Premyer Liqasının 2025/2026 mövsümündə keçirdiyi 25 oyunda 19 qol vuran Mikels çempionatın bombardiri olub.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul