Azərbaycan Çinlə tekstil sənayesi və elektron ticarət tərəfdaşlığını müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan Çinlə tekstil sənayesi və elektron ticarət tərəfdaşlığını müzakirə edib


Azərbaycan və Çin arasında tekstil sənayesi və elektron ticarət sahələrində potensial tərəfdaşlıq imkanları müzakirə olunub.

Bu barədə "Report"a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.

Müzakirələr AZPROMO-da Çinin Ciasin Sərhədlərarası Elektron Ticarət Assosiasiyasının nümayəndələri ilə görüş zamanı baş tutub.

Görüşdə AZPROMO-nun fəaliyyəti, ixrac və investisiya təşviqi mexanizmləri haqqında məlumat verilib, əməkdaşlığın inkişafı imkanları qeyd olunub. Assosiasiyanın üzv şirkətləri Azərbaycanda tekstil istehsalına maraq göstərdiklərini bildiriblər.

Tərəflər birgə ixracyönümlü istehsal, "Made in Azerbaijan" brendli məhsulların təşviqi, sərhədlərarası və elektron ticarət əməkdaşlığı çərçivəsində rəqəmsal satış imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Azərbaycan Vyetnamla birgə müəssisələrin yaradılmasına maraq göstərir
AZPROMO Qars Ticarət və Sənaye Palatası ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Azərbaycan Ruanda ilə məhsulların potensial tədarükünü müzakirə edib
Azərbaycan Misir ilə iqtisadi əməkdaşlığı müzakirə edib
Azərbaycan və Braziliya arasında investisiya əməkdaşlığı müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər