Nazir: Beş hektardan kiçik təsərrüfatın yaradılmasına icazə verilmir
Fermerlərə təklif olunan torpaqlarda minimal əkin sahəsi hədəfi qoymuşuq, bu, 5 hektardır.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov AzTV, ARB TV və AZƏRTAC-a müsahibəsində deyib.
Nazir qeyd edib ki, beş hektardan kiçik təsərrüfatın yaradılmasına icazə verilmir:
"Ona görə də bəzən fermerlər torpaq sahələri az olduğundan birləşərək kooperativlər və ya ailə kəndli təsərrüfatları, fermer təsərrüfatları yaradırlar. Artıq müxtəlif kəndlərdə bir neçə həm kooperativlər, həm ailə kəndli fermer təsərrüfatları yaradılıb və onlara həmin torpaqlar təhkim olunur. Ağalını misal çəkə bilərəm, 32 fermer birləşərək üç kooperativ yaradıb. Onlara 51,6 hektar torpaq təhkim olunub və müqavilələr bağlanıb. Digər bütün kəndlərdə də bu istiqamətdə işlər aparılır".
Oxşar xəbərlər
Məcnun Məmmədov: "Azad edilmiş ərazilərdə investisiya layihələri üçün minimum 20 hektar torpaq sahəsi tələb olunur"
“Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışı olub
Məcnun Məmmədov: Yeni Dövlət Proqramı regionlarda iş yerlərinin yaradılmasına yönəlib
Nazir: "Ağalı kəndindəki əkin modelini genişləndirməyi planlaşdırırıq"
Leyla Əliyeva Lənkəranda "Yaşıl çay" fermer təsərrüfatı ilə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

