IsDB: Üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişafdan kənardadır
sizinxeber.az xəbər saytı

IsDB: Üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişafdan kənardadır


İslam İnkişaf Bankı (IsDB) Qrupuna üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişafdan kənarda qalıb.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı İllik Toplantısı çərçivəsində təşkil olunmuş "Sərhədsiz Gənclik: Müştərək Regional Rifahın Hərəkətverici Qüvvəsi" tədbirində Bankın Şimali Afrika və Mərkəzi Asiya üzrə Regional Meneceri - departament rəhbəri İdrissa Dia bildirib.

"Bu gün müzakirə etdiyimiz mövzu xüsusi diqqət tələb edir. Hazırda 57 üzv ölkəmizdə tarixin ən böyük gənc nəsli yaşayır. Bu, yük deyil, əksinə, düzgün dəyərləndirilməli olan böyük potensialdır. Biz gənclərin transformasiya gücündən istifadə etməli, ölkələrimizin gələcəyinə daha nikbin baxmaq üçün şərait yaratmalıyıq. Lakin əvvəlcə bəzi rəqəmlərə nəzər salaq. Dünyada hər beş gəncdən biri nə təhsil alır, nə işləyir, nə də hər hansı təlim proqramında iştirak edir. Üzv ölkələrimizdə bu göstərici iqtisadi inkişaf prosesindən kənarda qalan təxminən 150 milyon insan deməkdir. Onlar cəmiyyətə töhfə vermək imkanından məhrumdurlar və bu, ciddi narahatlıq doğurmalıdır", - deyə o qeyd edib.

Bununla belə, regional menecerin sözlərinə görə, üzv ölkələr üzrə mənzərə fərqlidir: "Ərəb ölkələrində gənclər arasında işsizlik səviyyəsi 28 %-ə çatır ki, bu da dünyada ən yüksək göstəricidir. Cənubi Asiyada hər dörd gəncdən biri təhsildən və əmək bazarından kənarda qalıb, bu vəziyyətdən isə xüsusilə gənc qadınlar əziyyət çəkirlər. Sub-Sahara Afrikasında gənclərin 3/4-ü qeyri-sabit iş yerlərində çalışır. Proqnozlara görə, 2050-ci ilə qədər dünyadakı hər 3 gəncdən biri afrikalı olacaq. Bu, gələcəkdə hökumətlərin və beynəlxalq ictimaiyyətin qarşılaşacağı çağırışların miqyasını aydın şəkildə göstərir. Mərkəzi Asiya və Qafqazda gənclər arasında işsizlik səviyyəsi təxminən 14 % təşkil edir. Şərqi Avropanın bəzi bölgələrində isə hər dörd gəncdən yalnız biri məşğulluq imkanına malikdir. Bunlar problemin nə qədər böyük olduğunu göstərir".

Oxşar xəbərlər

IsDB illik toplantısını 2026-cı ildə Azərbaycanda keçirəcək
Azərbaycan və IsDB strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək
IsDB qrupunun Bakıdakı keçiriləcək illik toplantılarına hazırlıq müzakirə edilib
ICIEC: Azərbaycanda investisiya və tərəfdaşlıq üçün perspektivli mühit var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər