Azərbaycan Belarusla qarşılıqlı ticarətin artım potensialını müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan Belarusla qarşılıqlı ticarətin artım potensialını müzakirə edib


Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, işgüzar dairələr arasında əlaqələrin gücləndirilməsi və qarşılıqlı ticarətin artım potensialı müzakirə olunub.

Bu barədə "Sizinxeber.az"a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.

Bildirilib ki, bu müzakirələr AZPROMO və Belarus Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Minsk şəhərində keçirilən Belarus–Azərbaycan biznes forumu çərçivəsində Agentliyin nümayəndələri keçirilən bir sıra görüşlərdə aparılıb.

Belarusun antiinhisar tənzimlənməsi və ticarət nazirinin müavini Oleq Dikun ilə görüşdə ölkələrimiz arasında iqtisadi münasibətlərin mövcud vəziyyəti, tərəfdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Bununla yanaşı, Azərbaycanın Belarusdakı Ticarət Evinin fəaliyyəti, Azərbaycan məhsullarının Belarus bazarında təşviqi və qarşılıqlı ticarətin artırılması imkanları müzakirə olunub. Bu istiqamətdə ixrac potensialı olan məhsullar üzrə məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.

Belarus Ticarət və Sənaye Palatasının sədri Mixail Myatlikov ilə görüşdə isə biznes dairələri arasında əlaqələrin gücləndirilməsi, birgə tədbirlərin təşkili, sərgi və forumlarda qarşılıqlı iştirak imkanları nəzərdən keçirilib. Tərəflər bir-birini ölkələrində keçiriləcək nüfuzlu beynəlxalq tədbirlərdə iştirak etməyə dəvət ediblər. Bu kontekstdə Minskdə 30 sentyabr - 2 oktyabr tarixlərində keçiriləcək "İnnoProm" sərgisi və cari ilin sentyabr ayında Azərbaycanda keçirilməsi planlaşdırılan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu qeyd olunub.

Oxşar xəbərlər

Samir Şərifov: Belarusla ticarət dövriyyəsinin genişləndirilməsi üçün potensial var
Azərbaycan Misir ilə iqtisadi əməkdaşlığı müzakirə edib
AZPROMO: Belarusla sənaye sahəsində əməkdaşlıq məhsuldar perspektivlər vəd edir
Azərbaycan və İspaniya iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə edib
AZPROMO Qars Ticarət və Sənaye Palatası ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər