Yol polisi bayram günləri ilə bağlı sürücü və piyadalara müraciət edib
sizinxeber.az xəbər saytı

Yol polisi bayram günləri ilə bağlı sürücü və piyadalara müraciət edib


Yol polisi Qurban bayramı və Müstəqillik Günü ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Sizinxeber.az-ya verilən məlumata görə, bayram günlərində ölkə ərazisində hərəkət intensivliyinin artacağını nəzərə alaraq, bütün hərəkət iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırırıq:

"Paytaxtı tərk edərək bölgələrə üz tutan sürücülərdən xahiş olunur ki, nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə idarə etsin, sürət həddinə ciddi riayət etsin və yorğun halda sükan arxasına əyləşməsinlər. Uzun məsafəli səfərlər zamanı diqqətin azalması ağır nəticələrə səbəb ola bilər. Sürücülər ötmə və manevr qaydalarına əməl etməli, təhlükəli davranışlardan çəkinməli və digər hərəkət iştirakçılarına qarşı diqqətli olmalıdırlar. Piyadalar isə yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, xüsusilə intensiv hərəkət olan yollarda öz həyatlarını riskə atmamalıdırlar".

Oxşar xəbərlər

DYP qeyri-iş günləri ilə bağlı müraciət edib
Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
DYP bayram tətilindən dönən hərəkət iştirakçılarına müraciət edib
DYP səfərdən dönən hərəkət iştirakçılarına müraciət edib
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər