Niderlanddakı biznes mərkəzi Azərbaycanın investisiya potensialının təqdimatını keçirəcək
Niderlandda Azərbaycanın biznes imkanlarının təqdimatına həsr olunmuş tədbir keçiriləcək.
"Report" Azərbaycan-Niderland biznes mərkəzinə istinadən xəbər verir ki, görüş iyunun 10-na planlaşdırılıb.
"Sürətlə inkişaf edən regionda strateji cəhətdən əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan son zamanlar müşahidə olunan geosiyasi dəyişikliklər fonunda dünya iqtisadiyyatının mühüm iştirakçısına çevrilir", - açıqlamada qeyd olunub.
Biznes mərkəzində vurğulayıblar ki, tədbir iştirakçıları peşəkar təcrübə mübadiləsi aparmaq və əlaqələr qurmaq, əməkdaşlıq perspektivlərini araşdırmaq və yeni birgə layihələr başlatmaq imkanı əldə edəcəklər. Bundan başqa, mərkəz il ərzində bir sıra analoji tematik görüşlər təşkil etməyi planlaşdırır.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ildə Niderlanddan Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 33,37 milyon ABŞ dolları təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 22,77 % azdır.
Azərbaycan Dövlət Gömrük Komitəsinin hesabatına istinadən, ötən il Azərbaycanla Niderland arasında ticarət dövriyyəsinin dəyəri 29,66 % artaraq 322,524 milyon ABŞ dollarına çatıb.
Oxşar xəbərlər
Azərbaycanla Həştərxan arasında biznes əlaqələrinin genişləndirilməsi müzakirə olunub
İsveçrə Azərbaycana birbaşa investisiyaları 5 dəfə artırıb
Bu il ikinci Azərbaycan-İran biznes forumu da Bakıda keçiriləcək
Bu ölkə Azərbaycana birbaşa investisiyaları 5 dəfə artırdı
Azərbaycanın Moldovaya yatırdığı investisiyaların həcmi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
