Tramp: ABŞ və İran arasında saziş 48 saat ərzində imzalana bilər
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran arasında əldə olunan razılaşmanın imzalanması yaxın 48 saat ərzində baş tuta bilər.
APA xəbər verir ki, Tramp bunu Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitindən sonra keçirilən mətbuat konfransında deyib
Trampın sözlərinə görə, qarşılıqlı anlaşma memorandumunun mətni artıq yekunlaşdırılıb, lakin imzalanma mərasiminin keçiriləcəyi məkan hələ müəyyən edilməyib.
ABŞ lideri həmçinin qeyd edib ki, Amerika Silahlı Qüvvələri bir müddət də Fars körfəzi regionunda qalmağa davam edəcək.
Tramp əlavə edib ki, İranın ballistik raketlərə malik olmasının tam şəkildə qadağan edilməsi ədalətli yanaşma olmazdı.
“Yaxın Şərqdəki digər ölkələrin də bu cür silahları var. Ona görə də İranın ballistik raketlərə sahib olmasını tamamilə qadağan etmək düzgün olmaz”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Oxşar xəbərlər
Tramp: İranla yekun saziş 60 gün ərzində əldə olunmasa, zərbələr bərpa ediləcək
Tramp: ABŞ və İran müharibənin başa çatdırılması ilə bağlı razılığa gəlib, sənəd həftəsonu Avropada imzalana bilər
Tramp: ABŞ və İran müharibənin başa çatdırılması ilə bağlı razılığa gəlib
Tramp: İran və ABŞ arasında saziş iyunun 18-19-da imzalana bilər
Fars: İran ABŞ-la razılaşmanın heç bir mətnini hələ təsdiqləməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Valeh Ələsgərov: "Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
-
SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
