Litva Qərbi Balkan ölkələrinin Aİ-yə üzvülyünə dəstək göstərəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
in
2026
18:00
ff

Litva Qərbi Balkan ölkələrinin Aİ-yə üzvülyünə dəstək göstərəcək

04 in, 2026
18:00
916

Litva Qərbi Balkan ölkələrinin Aİ-yə üzvülyünə dəstək göstərəcək

Litva 2027-ci ilin birinci yarısında Avropa İttifaqı Şurasına sədrliyi dövründə ittifaqın Qərbi Balkan ölkələrini də əhatə edəcək şəkildə genişlənməsinə dəstək göstərəcəyini təsdiqləyib.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Albaniya Prezidenti Bayram Beqay bəyan edib.

O qeyd edib ki, bu gün Tiranada Litva Prezidenti Qitanas Nauseda ilə birlikdə ikitərəfli münasibətlərin gücləndirilməsinə və onların hər iki ölkənin vətəndaşları üçün konkret, real əməkdaşlığa çevrilməsinə sadiqliklərini bildiriblər.

"Prezident Nauseda mənə Litvanın Albaniyanın Avropa İttifaqına üzvlük prosesinə tam dəstəyini təsdiqlədi. Biz həmçinin bir daha təsdiqlədik ki, Albaniya və Litva NATO üzvləri olaraq Avroatlantik təhlükəsizliklə bağlı eyni baxışı bölüşür və sülhə, təhlükəsizliyə, sabitliyə töhfə verməyə davam edəcəklər", - Albaniya Prezidenti əlavə edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul