Pakistan Prezidenti ABŞ və İran arasındakı razılaşmanı alqışlayıb
Pakistan Prezidenti Asif Əli Zərdari ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasını alqışlayaraq, sənədin yekun razılaşmanın əldə olunmasına və regionda sülhün möhkəmlənməsinə doğru bir addım olacağına ümid etdiyini bildirib.
"Report" xəbər verir ki, bu barədə Pakistan Prezidentinin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
"Mən ABŞ və İran arasında yekun razılaşmaya yol açacağına və regionda davamlı və hərtərəfli sülhün əsasını qoyacağına ümid etdiyimiz Qarşılıqlı Anlaşma Memorandumunun imzalanması ilə bağlı elanı alqışlayıram. Pakistan bu mürəkkəb dövrdə dialoq və diplomatiyanı ardıcıl olaraq dəstəklədiyi üçün fəxr edir", - məlumatda bildirilib.
Zərdari vurğulayıb ki, bu addım həmçinin çoxtərəfli əməkdaşlığın möhkəmlənməsinə və mübahisələrin qarşılıqlı əlaqə və qarşılıqlı hörmət vasitəsilə sülh yolu ilə həllinə verilən mühüm töhfədir.
Pakistan Prezidenti tərəflərin göstərdiyi səylərin həm regionda, həm də bütün dünyada sülhün, sabitliyin və rifahın möhkəmlənməsinə kömək edəcəyinə ümid etdiyini bildirib.
Daha əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında razılaşmanın əldə olunduğunu bildirmişdi. Onun sözlərinə görə, sənədin iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılır, tərəflər isə artıq hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Pakistan Prezidenti: Azərbaycan-Ermənistan razılaşması regionda davamlı sülh, sabitlik və rifah dövrünün başlanğıcı olacaq
Ərdoğan: ABŞ və İran arasındakı razılaşmanı alqışlayıram
Pakistan Prezidenti bu gün Çinə səfər edəcək
Pakistan Prezidenti fevralın 4-8-də Çinə səfər edəcək
Bilaval Zərdari: Pakistan Azərbaycana qardaş dəstəyinə görə minnətdardır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
-
"Yüksəliş" müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilib
-
Konqoda Eboladan ölənlərin sayı 150-yə çatır
-
Mirzoyan Lüksemburqda Aİ-nin iclasına qatılacaq
-
Nyu-Yorkda çempionluq sevinci faciə ilə nəticələnib, Tayms meydanında yeniyetmə güllələnib - FOTOLENT
-
Vuçiç: Mən nə Rusiya, nə də başqa bir ölkənin adamıyam
