FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib - VİDEO
sizinxeber.az xəbər saytı

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib - VİDEO


Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, FHN-in apardığı kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşlar tərəfindən bu məkanlarda təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək su hövzələrində, o cümlədən çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

Bildirilib ki, çimərlik kimi nəzərdə tutulmamış yerlərdə, o cümlədən kanal və çaylarda çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək və xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.

FHN diqqətə çatdırır ki, çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir.

Qeyd edilib ki, qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir.

"Təhlükə zamanı 112-yə zəng edin", - müraciətdə deyilir.

Oxşar xəbərlər

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib - VİDEO
FHN çimərlik mövsümü ilə əlaqədar əhaliyə müraciət edib
FHN çimərliklərdə təhlükəsizlik qaydaları haqqında əhaliyə yenidən müraciət edib
Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
FHN-in Sumqayıt Regional Mərkəzi çimərliklərdə maarifləndirmə tədbirlərini davam etdirir - FOTOLENT

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər