Ərdoğan: ABŞ və İran arasındakı razılaşmanı alqışlayıram
sizinxeber.az xəbər saytı

Ərdoğan: ABŞ və İran arasındakı razılaşmanı alqışlayıram


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İran arasında əldə edilən razılaşmanı bölgədə sülh və əmin-amanlığın bərqərar olması üçün zəruri inkişaf kimi gördüyini bildirərək alqışlayıb.

"Report" xəbər verir ki, dövlət başçısı bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"ABŞ və İran arasında əldə edilən razılaşmanı bölgəmizdə sülh və əmin-amanlığın bərqərar olması üçün zəruri inkişaf kimi görür və bunu alqışlayıram", - dövlət başısı qeyd edib.

Ərdoğan bütün dünyanın uzun müddətdir ehtiyac duyduğu bu hadisənin regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına töhfə verəcəyinə səmimi qəlbdən ümid etdiyini bildirib:

"Sazişlərin imzalanmasına qədər olan dövrdə gərginliyi artıracaq ritorikadan, təxribatlardan və hərəkətlərdən çəkinməyin və mümkün təxribatlara qarşı ayıq olmağın vacibliyini vurğulayıram. Bu nəticənin əldə edilməsində ABŞ və İran liderləri başda olmaqla müstəsna vasitəçilik səylərinə görə Pakistana təşəkkür edirəm. Həmçinin Qətər və Səudiyyə Ərəbistanının diplomatik təşəbbüslərə verdiyi dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm.

Türkiyə olaraq, bölgəmizdə sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olmasına yönəlmiş bütün səyləri dəstəkləməyə, diplomatiya və beynəlxalq hüquqa əsaslanan davamlı həllərə töhfə verməyə davam edəcəyik".

Oxşar xəbərlər

Türkiyə XİN: ABŞ - İran razılaşmasını alqışlayırıq
Ərdoğan: Zəngəzur dəhlizi Türkiyədən türk dünyasına uzanan yeni inteqrasiya xəttidir
Ərdoğan ABŞ-Rusiya liderlərinin görüşünü alqışlayıb
Estoniyalı nazir Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasına münasibət bildirib
Ərdoğan: Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər