Koşta, Ursula fon der Lyayen və Kallas ABŞ və İran arasındakı razılaşmanı alqışlayıblar
Avropa İttifaqı Şurasının sədri Antonio Koşta, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa diplomatiyasının rəhbəri Kaya Kallas ABŞ və İran arasında razılaşmanın tezliklə imzalanmasını alqışlayıblar.
"Report" xəbər verir ki, Koşta, fon der Lyayen və Kallas müvafiq bəyanatları "X" sosial şəbəkəsində paylaşıblar.
"Mən Vaşinqton və Tehranın elan etdiyi razılaşmanı alqışlayıram. Bu müharibənin başa çatmasına və Hörmüz boğazında gəmiçilik azadlığının tam bərpa olunmasına ümid edirəm. Razılaşmanı mümkün edən hər kəsin diplomatik səylərini yüksək qiymətləndirirəm", - Antonio Koşta yazıb.
Fon der Lyayen isə qeyd edib ki, hazırda prioritet məsələ tərəflərin razılaşmanı sürətli və tam şəkildə icra etməsidir.
"Razılaşma Yaxın Şərqdə sülh və təhlükəsizlik məsələləri üzrə daha geniş danışıqlara yol açır. O, həmçinin İranın nüvə və ballistik proqramlarına, eləcə də onun regionda sabitliyi pozan fəaliyyətinə son qoymalıdır. Və əlbəttə ki, Livan müharibə içində olduğu müddətcə Yaxın Şərqdə sülh ola bilməz. Avropa bir daha bütün tərəfləri Livanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə və real atəşkəsi təmin etməyə çağırır", - o yazıb.
Həmçinin Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, ABŞ və İran tərəfindən müharibənin dayandırılması və Hörmüzdə gəmiçiliyin bərpası barədə elan edilmiş razılaşma potensial irəliləyiş ola bilər.
Daha əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında razılaşmanın əldə olunduğunu bildirmişdi. Onun sözlərinə görə, sənədin iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılır, tərəflər isə artıq hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Fon der Lyayen və Kallas ABŞ ilə İran arasında atəşkəsi alqışlayıblar
Paşinyan, fon der Lyayen və Koştanın Brüsseldə üçtərəfli görüşü başlayıb
Aİ Ukrayna və Moldova ilə danışıqların başlamasını razılaşdırıb
Avropa liderləri İran və İsraili təmkinli olmağa çağırıblar - YENİLƏNİB
Aİ Yaxın Şərqdə gərginliyi azaltmağa çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
-
Konqoda Eboladan ölənlərin sayı 150-yə çatır
-
Mirzoyan Lüksemburqda Aİ-nin iclasına qatılacaq
-
Nyu-Yorkda çempionluq sevinci faciə ilə nəticələnib, Tayms meydanında yeniyetmə güllələnib - FOTOLENT
-
Vuçiç: Mən nə Rusiya, nə də başqa bir ölkənin adamıyam
-
Almaniya Avropanın ən güclü ordusunu qurmağa hazırlaşır
