Vanabo-İpeze: 28 iyun seçkiləri Yeni Kaledoniyanın müstəqillik prosesində həlledici rol oynayır
sizinxeber.az xəbər saytı

Vanabo-İpeze: 28 iyun seçkiləri Yeni Kaledoniyanın müstəqillik prosesində həlledici rol oynayır


Yeni Kaledoniyada iyunun 28-nə təyin edilmiş seçkilər Fransa müstəmləkəçiliyindən müstəqillik uğrunda mübarizə aparan regionun yerli sakinləri üçün mühüm əhəmiyyət daşıyır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Kaledoniya İttifaqının fəalı Brenda Vanabo-İpeze "AnewZ"-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, iyunun 28-də keçiriləcək əyalət seçkiləri regionun siyasi gələcəyi, həmçinin yerli kanak əhalisinin öz müqəddəratını təyin etməsi məsələsi üçün həlledici əhəmiyyətə malikdir.

"Kanaklar haqqında danışarkən vurğulamalıyıq ki, söhbət Fransanın 173 illik müstəmləkəçiliyindən gedir", - o bildirib.

Vanabo-İpeze qeyd edib ki, 2024-cü ildən seçicilərin sayının genişləndirilməsi ilə bağlı müzakirələr aparılır.

"Seçici korpusunun genişləndirilməsi Yeni Kaledoniyanı Fransa ərazisi kimi görmək istəyənlərin regionda hakimiyyətdə qalması üçün yaradılmış bir illüziyadır", - o qeyd edib.

O, həmçinin vurğulayıb ki, Kanak Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) bir neçə ildir ki, əyalət seçkilərinin keçirilməsində israr edir və onları siyasi prosesin mühüm mərhələsi kimi nəzərdən keçirir.

"Bu, həm də Kanak və Okeaniya əhalisinə qarşı ayrı-seçkilik təcrübəsi ilə yadda qalan 40 illik idarəçiliyə son qoymaq imkanı deməkdir", - deyə fəal bildirib.

Fransa Respublikasının tərkibində "Yeni Kaledoniya dövləti" konsepsiyasını şərh edərkən o bildirib ki, FLNKS hərəkatı təklif olunan bir sıra sazişlərə, o cümlədən onun sözlərinə görə, regionun dekolonizasiyası ilə bağlı əvvəllər əldə olunmuş razılaşmalara uyğun gəlməyən qondarma Bujeval sazişinə qarşı çıxır.

"Biz bu sazişi Yeni Kaledoniyanın Fransa Respublikasının tərkibində saxlanmasına yönəlmiş bir hiylə hesab edirik", - deyə o qeyd edib.

O əlavə edib ki, 2025-ci ildə FLNKS-in fövqəladə konqresində bu sazişin rədd edilməsi barədə qərar qəbul edilib, sonrakı siyasi perspektivlər isə qarşıdan gələn seçkilərin nəticələrindən asılı olacaq.

Vanabo-İpezenin sözlərinə görə, Kanakiyanın siyasi gələcəyi məsələsi yerli sakinlərin rəyi nəzərə alınmaqla həll edilməlidir.

Oxşar xəbərlər

BMT Komitəsi Fransaya Kanakidəki müstəmləkəçilik siyasətinə görə xəbərdarlıq edib
Marin Le Pen: Fransa prezidenti seçiləcəyim təqdirdə Yeni Kaledoniya məsələsində mühüm rol oynayacağam
KİV: Yeni Kaledoniyada polis əməliyyat keçirib, iki nəfər güllələnib
Yeni Kaledoniyada etirazlara səbəb olan qanun Konqresdə səsə qoyulmayacaq
Yeni Kaledoniyalı fəal: Azərbaycanın ev sahibliyi etdiyi konfrans bizim səsimizi dünyaya çatdırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər