Şirvanda 32 yaşlı kişi bıçaqlanıb
sizinxeber.az xəbər saytı

Şirvanda 32 yaşlı kişi bıçaqlanıb


Şirvanda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Bakı şəhərinin Səbail rayon sakini, 1994-cü il təvəllüdlü Rza Mərifət oğlu Ağasəlimli qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralı dərhal əməliyyata götürülüb.

R.Ağasəlimli bildirib ki, ona maskalı şəxs hücum edərək bıçaq xəsarəti yetirib. O, hadisəni törədən şəxsin xalası oğlu olduğunu ehtimal etdiyini deyib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Şirvanda 20 yaşlı gənc bıçaqlanıb
Şirvanda 20 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
Salyanda 44 yaşlı kişi bıçaqlanıb
İmişlidə 33 yaşlı kişi bıçaqlanıb
Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər