Aleksandar Vuçiçin Gürcüstana səfər proqramı açıqlanıb
sizinxeber.az xəbər saytı

Aleksandar Vuçiçin Gürcüstana səfər proqramı açıqlanıb


Serbiya Prezidenti Aleksandar Vuçiçin iyunun 15-17-də Gürcüstana baş tutacaq rəsmi səfərinin proqramı açıqlanıb.

"Report"un Balkan bürosunun məlumatına görə, Serbiya Prezidenti Tbilisidə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşəcək.

Bununla yanaşı, onun Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili və Gürcüstan Pravoslav Kilsəsinin Katolikos-Patriarxı III Müqəddəs Şio ilə görüşləri nəzərdə tutulub.

Səfər proqramına əsasən, prezident Vuçiç Gürcüstanın Kaxeti regionuna və Alaverdi monastırına baş çəkəcək.

Oxşar xəbərlər

Mariam Kvrişvili: Gürcüstan və Serbiya arasında azad ticarət sazişinin imzalanması ilə bağlı fəal danışıqlar aparılır
Serbiya Prezidenti gələn ay Azərbaycana səfər edəcək
Vuçiç: Serbiyada ehtiyatlardan on minlərlə ton neft çıxarılacaq
Vuçiç: Serbiya bu yay ABŞ ilə strateji dialoqa başlaya bilər
Si Cinpin və Vuçiç Pekində danışıqlar aparıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər