Marin Le Pen: Fransa prezidenti seçiləcəyim təqdirdə Yeni Kaledoniya məsələsində mühüm rol oynayacağam
Fransa "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Pen 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirakdan imtina etmək niyyətində deyil.
"Report" xəbər verir ki, o, bu barədə Yeni Kaledoniyaya (Fransanın dənizaşırı ərazisi) səfəri çərçivəsində BFMTV telekanalına açıqlama verib.
"Mən prezidentliyə namizədəm və əgər seçilsəm Yeni Kaledoniya ilə bağlı qərarların qəbulunda mühüm rol oynamaq üçün fransızların etimadını qazanacağam", - o bildirib.
Onun Yeni Kaledoniyaya səfəri burada baş verən iğtişaşlardan bir il sonra baş tutur. İğtişaşlar yerli seçkilərdə seçici siyahılarının genişləndirilməsi ilə bağlı Fransa qanun layihəsinə görə baş vermişdi. Nəticədə arxipelaqda 13 nəfər, o cümlədən 2 polis əməkdaşı həlak olmuşdu.
Oxşar xəbərlər
Le Pen Fransa prezidentinin siyasətini tənqid edib
Yeni Kaledoniya iğtişaşlardan sonra bərpa üçün Parisdən 4,2 milyard avro tələb edir
Sağçıların petisiyası: Marin Le Penə qarşı hökm Fransa demokratiyasının edamıdır
Marin Le Pen: Fransanın yeni hökuməti xalqın gözləntilərindən uzaqdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
