Yeni Kaledoniyada etirazlara səbəb olan qanun Konqresdə səsə qoyulmayacaq
sizinxeber.az xəbər saytı

Yeni Kaledoniyada etirazlara səbəb olan qanun Konqresdə səsə qoyulmayacaq


Yeni Kaledoniyada kütləvi etirazlara səbəb olan seçki siyahılarının genişləndirilməsi ilə bağlı mübahisəli qanun layihəsi Fransa parlamentinin iki palatasının konqresində ikinci səsverməyə çıxarılmayacaq.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Fransanın Baş naziri Mişel Barnye parlamentin aşağı palatası olan Milli Assambleyada çıxışı zamanı bildirib.

“Prezident ilə razılaşmaya əsaslanaraq, yerli seçkilərin 2025-ci ilin sonuna qədər təxirə salınması barədə qərar qəbul olunduğunu elan edə bilərəm. Seçicilərin dondurulması ilə bağlı keçən ilin may ayında parlament assambleyaları tərəfindən qəbul edilmiş konstitusiya qanunu layihəsi Konqresə təqdim olunmayacaq”, - o deyib.

Barnye qeyd edib ki, son dörd ay yarım ərzində bu dənizaşırı ərazi fövqəladə çətin böhran yaşayır.

Xatırladaq ki, mayın 13-də Yeni Kaledoniyanın inzibati mərkəzi - Numea şəhərində yerli seçkilər üçün seçici siyahılarının genişləndirilməsi ilə bağlı Fransa qanun layihəsinə etirazlar iğtişaşlara çevrilmişdi. Fransa rəsmiləri yüzlərlə insanın xəsarət aldığını bildirib, eləcə də 13 nəfərin öldüyünü rəsmən açıqlayıb.

Oxşar xəbərlər

KİV: Yeni Kaledoniyada polis əməliyyat keçirib, iki nəfər güllələnib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeni Kaledoniya iğtişaşlardan sonra bərpa üçün Parisdən 4,2 milyard avro tələb edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa təhlükəsizlik qüvvələrinin əməkdaşları Yeni Kaledoniyada daha bir nəfəri öldürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransada hökumətin yeni tərkibi ilə bağlı məsləhətləşmələr keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"The Guardian": Yeni Kaledoniyada iğtişaşlar Makronun siyasi səhvlərinin nəticəsidir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər