Dövlət Bağçalı: Ermənistan ağıllı davransa, Zəngəzur dəhlizi onun üçün imkan qapısına çevrilə bilər
Ermənistan ağıllı davranaraq səmimi şəkildə regional əməkdaşlıq platformasına qoşularsa, Turan dəhlizi (Zəngəzur dəhlizi - red.) onun iqtisadi təcriddən çıxışı üçün imkan qapısına çevrilə bilər.
"Report" Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı partiyasının parlament qrup toplantısında deyib.
Onun sözlərinə görə, Ermənistan yeni reallıqları nəzərə almasa və keçmişdən qalan xəyallardan əl çəkməsə, gələcəyi üçün yaranan imkanlardan məhrum olacaq.
D.Bağçalı bildirib ki, Ermənistan ya köhnə işğal təfəkkürü və diaspor çevrələrinin revanşist arzularının ardınca sürüklənəcək, ya da bölgədə yaranmış yeni reallığı qəbul edərək davamlı sülhü seçəcək:
"Bölgədəki yeni reallıq bəllidir: Qarabağ Azərbaycandır. Bu həqiqət həm döyüş meydanında qan bahasına, həm də danışıqlar masasında hüquqi müstəvidə təsdiqlənib. Köhnə işğal düşüncəsini yeni formalarda yaşatmaq yolları artıq bağlıdır. Normallaşma prosesinin müsbət nəticələnməsi yalnız Türkiyə və Azərbaycana qarşı tarixi düşmənçilik ritorikasından imtina edilməsi, bölgənin yeni reallıqlarının qəbul olunması, ədalət və əməkdaşlıq prinsiplərinə hörmət göstərilməsi ilə mümkündür. Azərbaycanın nailiyyətlərini zəiflədən, türk dünyasının qarşısında maneələr yaradan, ilhamını sovet dövrünün qalıqlarından alan heç bir formul uzunömürlü ola bilməz".
MHP lideri Zəngəzur dəhlizini Türkiyəni Azərbaycan vasitəsilə Türküstanla (Mərkəzi Asiya - red.) birləşdirəcək tarixi keçid kimi qiymətləndirib.
Oxşar xəbərlər
Abdulkadir Uraloğlu: Zəngəzur dəhlizi Türkiyə, Azərbaycan və Ermənistan arasında sülhə töhfə verəcək
Numan Kurtulmuş: "Zəngəzur dəhlizi əməkdaşlıq və təhlükəsizlik dəhlizi olacaq"
Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir
ABŞ-dən Zəngəzur dəhlizi ilə bağlı Rusiya və İrana XƏBƏRDARLIQ
İlham Əliyev: "Yaxın gələcəkdə Zəngəzur dəhlizi Orta Dəhlizin daha bir mühüm seqmenti olacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
AYNA: Bakıda daha 7 ünvanda tibb müəssisələrinə gələnlərə rahat şərait yaradılıb
-
Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
