Attestasiyadan kəsilən 500-ə yaxın musiqi müəllimindən 56-sı ali təhsillidir - SİYAHI
Bakı və Abşeron-Xızı regionları üzrə Mədəniyyət Nazirliyinin keçirdiyi attestasiyada 1686 müəllim iştirak edib. 1686 müəllimdən attestasiya komissiyalarının qərarına əsasən 492 nəfər tutduğu vəzifəyə uyğun hesab edilməyib.
Sizinxeber.az-nın əldə etdiyi məlumata görə, onlardan 56 nəfər (11,4%) ali, 436 nəfər (88,6%) orta ixtisas təhsillidir.
56 nəfər ali təhsilli uğur qazanmayan müəllimdən 26 nəfəri Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Konservatoriyasının, 9-u Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 9-u Azərbaycan Dövlət Pedaqoji Universiteti, 6-sı Azərbaycan Milli Konservatoriyası, 4-ü Naxçıvan DU, 1-i Lənkəran DU, 1-i isə Rəssamlıq Akademiyasının məzunlarıdır.
436 nəfər kəsilən orta ixtisas təhsil müəssisələri məzunlarından 196-sı Sumqayıt Musiqi Kolleci, 135-i Bakı Musiqi Kolleci, 32 nəfəri Şuşa Musiqi Kolleci, 18 nəfəri Şəki Musiqi Kolleci, 15 nəfəri Gəncə Musiqi Kolleci, 14 nəfəri Ağdam Musiqi Kolleci, 12 nəfəri Bakı Humanitar Kolleci, 7 nəfəri Naxçıvan Musiqi Kolleci, 4 nəfəri Lənkəran Musiqi Kolleci, 2 nəfəri Şuşa Humanitar Kolleci, 1 nəfəri Altay Musiqi Texnikumunu bitirən müəllimlərdir.
Oxşar xəbərlər
Son iki ayda 493 musiqi müəllimi attestasiyadan keçə bilməyib
Musiqi müəllimlərinin attestasiya imtahanlarının detalları açıqlanıb
Attestasiya prosesinin videoçəkilişləri var, kəsilən müəllimlərin əmək funksiyasına xitam veriləcək
Musiqi və incəsənət məktəblərində hər üç müəllimdən biri attestasiyada ən yüksək nəticəni göstərib
47 əcnəbi tələbə Azərbaycanda təhsil alacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












