Son iki ayda 493 musiqi müəllimi attestasiyadan keçə bilməyib
sizinxeber.az xəbər saytı

Son iki ayda 493 musiqi müəllimi attestasiyadan keçə bilməyib


Son iki ayda 493 musiqi müəllimi attestasiyadan keçə bilməyib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə əmək qanunvericiliyinin tələbləri əsas götürülməklə  müəllimlərin attestasiyasına başlayıb:

"2025-ci ilin fevral-mart aylarında keçirilən attestasiyanın ilkin mərhələsində 1675 nəfər iştirak edib ki, bu da attestasiyaya cəlb olunmalı müəllimlərin 95,2 faizini təşkil edir. Attestasiyadan uğurla keçmiş 1183 müəllimin 650 nəfəri, başqa sözlə 55%-i bütün komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilməklə ən yüksək nəticə göstərib".

Həmçinin qeyd olunub ki, 492 müəllim attestasiya komissiyalarının qiymətləndirməsinə əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyib.

"Onlardan 107 nəfər attestasiya komissiyasının bütün üzvləri, 273 müəllim bir nəfər (yerli həmkarlar təşkilatının nümayəndəsi) istisna olmaqla 4 komissiya üzvü tərəfindən tutduğu vəzifəyə uyğun olmayan kimi qiymətləndirilib".

Oxşar xəbərlər

Gələn il musiqi, incəsənət məktəblərində çalışan 4100 müəllimin attestasiyadan keçirilməsi planlaşdırılır
Musiqi müəllimlərinin attestasiya imtahanlarının detalları açıqlanıb
Musiqi müəllimlərinin peşə bacarıqlarının qiymətləndirilməsi ilə bağlı sessiyası keçirilib
İki il ərzində musiqi məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının ölçülməsi yekunlaşacaq
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər