ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
ABŞ və İran arasında anlaşma memorandumu imzalandıqdan sonra artıq azı 25 gəmi Hörmüz boğazından keçib.
"Report" xəbər verir ki, bu barədə "Washington Post" qəzeti "Kpler" analitik şirkətinə istinadən məlumat yayıb.
"Cümə axşamı 25 gəmi Hörmüz boğazından keçib. Bu, regionda ilişib qalmış gəmilərin yalnız bir hissəsi olsa da, söhbət iki həftədən artıq müddət ərzində gündəlik keçidlərin ən böyük sayından və münaqişənin başlanmasından bəri ən yüksək gündəlik göstəricilərdən birindən gedir", - nəşr yazıb.
Qəzet "TankerTrackers" şirkətinin məlumatlarına istinadən qeyd edib ki, son beş gün ərzində təxminən 18 milyon barel neft İran limanlarını və dayanacaqlarını tərk edib.
"Ümumilikdə isə daha 550-yə yaxın iri kommersiya gəmisi, o cümlədən 160 tanker boğazdan keçidini gözləyir", - qəzet "Lloyd's List" nəşrinin hesablamalarına istinadən yazıb.
İran və ABŞ iyunun 18-nə keçən gecə fevralın 28-də başlamış hərbi münaqişənin başa çatmasını nəzərdə tutan memorandum imzalayıb. Memorandum həmçinin ABŞ-nin dəniz blokadasını aradan qaldıracağı və İranın Hörmüz boğazında gəmiçiliyi bərpa edəcəyi müddətləri müəyyən edib. Tərəflər 60 gün ərzində danışıqlar aparmalıdırlar.
Oxşar xəbərlər
İran və ABŞ arasında memorandum imzalandıqdan sonra Hörmüzdən 7 gəmi keçib
"Al-Jazeera": ABŞ-nin blokadasından sonra Hörmüz boğazından üçüncü gəmi keçib
Atəşkəsdən sonra Hörmüz boğazından iki gəmi keçdi
SEPAH: Son sutka ərzində Hörmüzdən 26 gəmi keçib
İki ay ərzində Hörmüz boğazından keçid ödənişsiz olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Azərbaycanda yumurta kəskin UCUZLAŞDI - FOTO
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
-
Tural Əsgərov: "Elvin Cəfərquliyevlə maraqlanan klubların sayı çoxdur"
-
Conatan Devid Kanada millisinin tarixinə düşüb
