COP29-un keçiriləcəyi Bakı Olimpiya Stadionuna mediatur təşkil edilib - FOTO
Bu gün Bakı Olimpiya Stadionuna mediatur təşkil edilib.
APA-nın xəbərinə görə, Prezidentin köməkçisi Anar Ələkbərov COP29 məkanının tədbirə hazırlıq vəziyyətinə gətirilməsi barədə məlumat verib.
Qeyd edilib ki, ərazidə icra edilən tikinti-quraşdırma işləri yekun tamamlanma mərhələsindədir və tədbir məkanının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) tələb olunan tarixdə təhvil verilməsi planlaşdırılır.
Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin təşkili istiqamətində atılan addımlar və icra olunan işlərlə bağlı da geniş məlumat verilib.
COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu bildirib ki, Liderlər Sammiti dövründə - 11, 12 və 13 noyabr tarixlərində hava limanından şəhərə, şəhərdən Olimpiya stadionu istiqamətlərində müxtəlif yollarda tənzimləmələr aparılacaq. COP29 dövründə dövlət və hökumət başçılarını daşıyacaq kortejlərin keçəcəyi küçə və yollarda müəyyən məhdudiyyətlərlə əlaqədar alternativ yollar müəyyən edilib.
COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Çarçalova nəzərə çatdırıb ki, bu günə qədər COP-la əlaqədar 2700-ü media nümayəndəsi olmaqla, 28 min qonaq qeydiyyatdan keçib. Lakin bu rəqəm bu günə olan göstəricidir, registrasiya prosesi hələ də davam etməkdədir və günbəgün iştirak göstəriciləri artmaqdadır.
COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü İsmayıl İsayev bildirib ki, COP29-da məkanla bağlı işlərin 90 faizi artıq tamamlanıb. Həmçinin məkandan əlavə, şəhərdə tədbirə hazırlıq işlərin bütün mərhələləri tamamlanmaq üzrədir, bu ayın sonunda COP29-a hazırlıqla əlaqədar tam əminlik üçün bir sıra sınaq tədbirləri təşkil olunacaq. İnklüzivliyə nail olmaq üçün də lazımi tədbirlər həyata keçirilir, fiziki məhdudiyyətli şəxslərə Bakıda COP29 məkanında istənilən şərait yaradılıb.
Media nümayəndələri ərazidə yaradılmış infrastruktur və qurğular, informasiya texnologiyaları və təhlükəsizliyi sahəsində icra olunan tədbirlər, COP29 məkanının enerji ehtiyaclarının yaşıl enerji mənbələrindən qarşılanması üçün tətbiq edilən həllər, iştirakçıların qeydiyyat prosesi, o cümlədən COP29 Yaşıl Zonada görülən işlərlə tanış olub.
COP29 Əməliyyat Şirkətinin Tərəfdaşlarla əlaqələr sektorunun müdiri Leyla Mahmudova söyləyib ki, Yaşıl Zona üzrə əməliyyatlara hazırlıq davam etdirilir. Ərazi ümumilikdə 37500 kv.m-dir. Bu zonada pavilyonlar yerləşdirilib, bu pavilyonlarda xarici və yerli şirkətlər, o cümlədən dövlət şirkətləri var. Həmin pavilyonlar ödənişlidir, xüsus hazırlanmış pavilyonlarda qiymət dizayndan asılı olaraq dəyişir. Burada 3 min insanın əyləşə biləcəyi əsas əməliyyat mərkəzi, o cümlədən 4 konfrans otağı var. Konfrans otaqlarının 1-i 200 nəfərlik, digər üçü isə 70 nəfərlikdir. Bildirilib ki, Yaşıl Zona ictimaiyyət üçün açıqdır, bilet almaqla daxil olmaq mümkündür. Məhz Yaşıl Zonada yerləşən Əməliyyat Mərkəzi tədbir zamanı bütün əməliyyatları yerinə yetirəcək.
Media Mərkəzinə də baxış olub. Burada konfrans çərçivəsində media nümayəndələrinin səmərəli işinin təşkili üçün hərtərəfli şərait yaradılır. Qeyd edilib ki, konfransın işıqlandırılması üçün bu günə qədər ən nüfuzlu qlobal media qurumları da daxil olmaqla indiyə qədər 2700-ə qədər media nümayəndəsi akkreditasiyadan keçib.
COP29 Əməliyyat Şirkətinin Media Əməliyyatları üzrə direktoru Pirim Pirimov Media Mərkəzi artıq tam olaraq hazır vəziyyətdədir, 6325 kv.m ərazidə 1200 media nümayəndəsi üçün eyni anda iş şəraiti təmin olunacaq. Həm televiziya və radio, həm də yazılı media üçün iş otaqları, ofisləri ayrılıb. Bu ofislər hər cür avadanlıqla təmin olunub. Bundan əlavə, televiziya və radio yayımçıları üçün 330, yazılı media üçün 300 iş masası ayrılıb. O cümlədən stəndap mövqelər, studiyalar da var. Həmin studiyaları da COP29 saytında qeydiyyatdan keçərək rezervasiya etmək mümkünüdür. Akkreditasiya prosesi ilə hazırda davam edir.
Məkanın idarə olunması departamentinin direktoru Tural Süleymanov qeyd edib ki, Mavi Zonada artıq son yekunlaşdırma işləri görülür. Burada 26 görüş otağı, xüsusi tədbirlər üçün isə 9 görüş otağı var. 5 ədəd isə xüsusi tədbirlər üçün otaq var. Bu otaqlarda iştirakçılar həm danışıqlar apara, həm də görüşlər keçirə bilərlər. Məkanda iştirakçıların rahat hərəkəti üçün bütün tədbirlər görülüb, avadanlıqlar təmin olunub. Mavi Zonada pavilyonlar ərazisində 155 pavilyonun olması planlaşdırılır. Hazırda orada işlər davam edir, bu ayın sonuna həmin işlərin yekunlaşması nəzərdə tutulur. Burada müxtəlif ölkələrin, təşkilatların, BMT-nin alt qurumlarının pavilyonları olacaq. Eyni zamanda, hər bir zonada qida, içki məntəqələri var. Mavi Zonda BMT ilə birlikdə media nümayəndələrinin bütün əməliyyatları diqqət altında saxlanacaq, hər hansı sorğu ortaya çıxan zaman media nümayəndələrinə dəstək veriləcək.
Nəzərə çatdırılıb k, Mavi Zonada dövlət başçıları, rəsmiləri üçün xüsusi ərazilər var, onların bir-biri ilə qapalı görüşlərinin keçirilməsi üçün otaqları, nahar üçün əraziləri var. Eyni zamanda, rahat şəkildə plenar tədbirlərdə iştirakları üçün bütün tədbirlər görülüb.
Mavi Zonaya daxil olmaq üçün əsas iki giriş hissə mövcuddur. Bunlardan biri “Koroğlu” metrostansiyası istiqamətindədir. BMT-nin verdiyi akkreditasiyaya malik hər bir şəxs həmin ərazidən məkana daxil ola biləcək. Bu da yarana biləcək sıxlığın qarşısını almağa imkan verəcək. Mavi Zona 24 saat fəaliyyət göstərəcək. Əməliyyatların daha intensiv olduğu zaman kəsiminin isə səhər saat 08.00-dan axşam saat 21.00-22.00-a qədər olması gözlənilir. Media Mərkəzinin yaxınlığında 2 konfrans zalı var, məhz media əməkdaşlarının fəaliyyəti üçün yaradılıb. Bundan əlavə, iki böyük plenar otağı var. Böyük plenar otağı 1 594 nəfər üçün nəzərdə tutulub. Burada COP əməkdaşları üçün ofislər, iş otaqları var.
Mavi Zonada maksimum dərəcədə yaşıl enerjidən istifadə imkanları yaradılıb.
SƏTƏM Departamentinin Müyəssərlik sektorunun müdiri Kamal Məmmədov bildirib ki, COP29-a hazırlıq göstəricilərindən biri məhz müyəssərlikdir. Hazırda tədbir sahələrindəki sıxlıqdan başlayaraq nəqliyyat sisteminin əlçatanlığına qədər hər şey nəzərə alınıb: “Biz COP29-u yeni bir model kimi ictimaiyyətə təqdim edəcəyik. Sessiya və panelləri əlçatan etmək üçün işarət dili üzrə surdo-tərcüməçilər xidmət göstərəcək. Xüsusi xidmətlərlə təkərli oturacaq istifadəçiləri üçün təmir servisləri də yaradılıb”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-da Liderlər Sammitinin keçiriləcəyi dövrdə yollarda bir sıra tənzimləmələr nəzərdə tutulur [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 Azərbaycan Əməliyyat Şirkəti BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsində iştirak edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-un Təşkilat Komitəsinin sədri Samir Nuriyevin rəhbərliyi altında Komitənin bir sıra üzvləri Bakı Olimpiya Stadionuna baş çəkiblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 Azərbaycan Əməliyyat Şirkəti Pre-COP çərçivəsində brifinq keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












