COP29-da Liderlər Sammitinin keçiriləcəyi dövrdə yollarda bir sıra tənzimləmələr nəzərdə tutulur
sizinxeber.az xəbər saytı

COP29-da Liderlər Sammitinin keçiriləcəyi dövrdə yollarda bir sıra tənzimləmələr nəzərdə tutulur


COP29 dövründə dövlət və hökumət başçılarını daşıyacaq kortejlərin keçəcəyi küçə və yollarda müəyyən məhdudiyyətlərlə əlaqədar alternativ yollar müəyyən edilib.

Sizinxeber.az-nın xəbərinə görə, bunu COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu bildirib.

O qeyd edib ki, Liderlər Sammiti dövründə - 11, 12 və 13 noyabr tarixlərində hava limanından şəhərə, şəhərdən Olimpiya stadionu istiqamətlərində müxtəlif yollarda tənzimləmələr aparılacaq.

Orxan Mahmudlunun sözlərinə görə, tənzimləmələr tətbiq ediləcək yollara Hava Limanı şosesi, Heydər Əliyev prospekti, Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl Huseynov, Xəqani Rüstəmov, Teymur Elçin, Mehdi Hüseyn küçələri daxildir.

Oxşar xəbərlər

Yol polisi bəzi yollarda aparılacaq monitorinqlərlə bağlı sürücülərə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 müddətində şəhərin əsas küçə və prospektlərində əsaslı qadağaların qoyulması nəzərdə tutulmur - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-a hazırlıq məqsədi ilə paytaxtın bir sıra mərkəzi küçə və prospektində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Formula 1 müddətində bəzi əsas yollar istifadə üçün açılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 ərəfəsində hava limanına gedəcək vətəndaşlar alternativ yollardan istifadə etsinlər - BİRGƏ MÜRACİƏT [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər