COP29-un Təşkilat Komitəsinin sədri Samir Nuriyevin rəhbərliyi altında Komitənin bir sıra üzvləri Bakı Olimpiya Stadionuna baş çəkiblər
Avqustun 27-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin sədri Samir Nuriyevin rəhbərliyi altında Təşkilat Komitəsinin bir sıra üzvləri Bakı Olimpiya Stadionuna baş çəkiblər.
Sizinxeber.az xəbər verir ki, əvvəlcə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən hazırlıq prosesinin gedişatı barədə təqdimat keçirilib.
Sonra Prezident Administrasiyasının rəhbəri və onu müşayiət edən şəxslər Mavi və Yaşıl zonalar, o cümlədən Liderlər Sammiti, ölkə pavilyonları, plenar zallar, əlavə tədbirlər, media üçün ayrılmış məkan və digər məntəqələrə baxış keçirib, infrastrukturun qurulması üzrə aparılan işlərlə tanış olublar.
Sonda Təşkilat Komitəsinin sədri Samir Nuriyev aidiyyəti məsələlər üzrə tapşırıqlar verib.
Oxşar xəbərlər
COP29-un Təşkilat Komitəsinin sədrinin rəhbərliyi ilə Komitənin bir sıra üzvləri Bakı Olimpiya Stadionuna baş çəkiblər - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 Təşkilat Komitəsinin sədri: “Ev Sahibi Ölkə” Sazişinin yekun mətni tam razılaşdırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin altıncı iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












