Bəqai: Memorandumu İran və ABŞ prezidentlərinin imzalaması ideyası araşdırılır
sizinxeber.az xəbər saytı

Bəqai: Memorandumu İran və ABŞ prezidentlərinin imzalaması ideyası araşdırılır


Qarşılıqlı anlaşma memorandumunun İran və ABŞ Prezidentləri Donald Tramp ilə Məsud Pezeşkian tərəfindən imzalanması imkanı nəzərdən keçirilir.

"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai açıqlayıb.

"Bu ideya nəzərdən keçirilir və hələ araşdırılma mərhələsindədir", - o bildirib.

Bəqai əlavə edib ki, İranın Cenevrə görüşü üçün proqramı dəyişməyib: "Hazırda İranın Cenevrə görüşünün keçirilməsi üçün proqramlarında heç bir dəyişiklik baş verməyib".

Daha əvvəl ABŞ Prezidenti D. Tramp bildirib ki, Vaşinqton İran və Fars körfəzi ölkələri ilə raket silahlarının məhdudlaşdırılması üzrə regional sazişin bağlanması imkanını müzakirə etmək niyyətindədir.

Xatırladaq ki, Ağ Ev rəhbəri Fransada keçirilən "G7" ("Böyük Yeddilik") sammitinin yekunlarına dair çıxışında deyib ki, İranla saziş 18-19 iyun tarixində imzalana bilər.

Oxşar xəbərlər

Tramp: ABŞ İran və Fars körfəzi ölkələri ilə raket silahlarının məhdudlaşdırılmasını müzakirə edəcək
İran XİN: ABŞ ilə saziş layihəsi hakimiyyət tərəfindən nəzərdən keçirilir
Tramp: İran və ABŞ arasında saziş iyunun 18-19-da imzalana bilər
İsmayıl Bəqai: İranın hər yerində çox sayda insan öldürülüb
Hakan Fidan və İshaq Dar ABŞ ilə İran arasında imzalanacaq memorandumu müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər