İcra başçısı: "Qubada aqrar məhsulları istehsalçılarına 27 milyon manatdan çox subsidiya verilib"
sizinxeber.az xəbər saytı

İcra başçısı: "Qubada aqrar məhsulları istehsalçılarına 27 milyon manatdan çox subsidiya verilib"


Quba rayonunda son 5 il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına 27,2 milyon manatdan çox subsidiya verilib.

"Report"un Qubaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, 2020-2025-ci illər ərzində rayon üzrə 11 min nəfərə yaxın kənd təsərrüfatı məhsulları istehsalçısına ümumilikdə 27 milyon 238 min 178 manat məbləğində subsidiya ödənilib: "Bu vəsait kənd təsərrüfatının inkişafına, fermerlərin fəaliyyətinin stimullaşdırılmasına və aqrar istehsalın genişləndirilməsinə yönəldilib. Dövlət dəstəyi nəticəsində rayonda meyvəçilik, taxılçılıq, tərəvəzçilik və heyvandarlıq sahələrində istehsal göstəriciləri artıb, sahibkarların aqrar sektora marağı daha da güclənib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar siyasət nəticəsində kənd təsərrüfatı istehsalçılarının maliyyə imkanları genişlənib və sektora investisiya qoyuluşu artıb".

Oxşar xəbərlər

Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq
Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
Zeynal Nağdəliyev: "Aqroparkların yaradılması bəzi kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığı aradan qaldıracaq"
Son 10 ildə Azərbaycanda aqrar sektor təxminən 38 % böyüyüb
Vahid Hacıyev: "Aqrar sektorda istehsal və emal imkanları genişləndiriləcək"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər