Leyla Əliyeva Almaniyada UNFCCC-in icraçı katibi ilə görüşüb
sizinxeber.az xəbər saytı

Leyla Əliyeva Almaniyada UNFCCC-in icraçı katibi ilə görüşüb


Leyla Əliyeva Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil ilə görüş keçirib.

"Sizinxeber.az" xəbər verir ki, görüşdə Azərbaycanın ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunması və ekoloji dayanıqlılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib.

Bu xüsusda, həmçinin IDEA İctimai Birliyinin sözügedən sahələr üzrə layihə və təşəbbüsləri, o cümlədən biomüxtəlifliyin zənginləşdirilməsi, ətraf mühitlə bağlı maarifləndirmə tədbirləri, eləcə də nadir fauna növlərinin qorunması və ekosistemlərin bərpasına yönələn fəaliyyətləri diqqətə çatdırılıb.

Eyni zamanda mühafizə olunan təbiət ərazilərinin sahəsinin genişləndirilməsinin əhəmiyyəti və iqlim dəyişikliklərinin təsirlərinin azaldılmasında rolu qeyd olunub.

Söhbət zamanı Xəzər dənizinin səviyyəsinin enməsinin səbəblərinin, bu prosesin ekoloji və sosial-iqtisadi təsirlərinin birgə öyrənilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Bu xüsusda problemin qlobal iqlim gündəliyində daha geniş yer almasının vacibliyi vurğulanıb.

Bundan əlavə, gənclərin ekoloji məsuliyyətinin artırılması, eləcə də ətraf mühit və iqlim dəyişiklikləri ilə bağlı biliklərinin genişləndirilməsi məqsədilə UNFCCC ilə birgə ortaq təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub.

Oxşar xəbərlər

Leyla Əliyeva Çin pavilyonunda təşkil olunan paneldə iştirak edib
Saymon Stil: COP29-dakı irəliləyiş iqlim gündəliyində böyük əhəmiyyət kəsb edir
Saymon Stil iqlim böhranı qarşısında qlobal əməkdaşlığa çağırıb
İƏT-in baş katibi: COP29-un uğurlu təşkili bizim üçün qürurvericidir
BMT rəsmisi: Maliyyələşdirmə iddialı iqlim fəaliyyətləri üçün vacib amildir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər