ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
sizinxeber.az xəbər saytı

ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur


Bu gün Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantıları başlanıb. Azərbaycan 19 iyun 2026-cı ilə qədər toplantılara ev sahibliyi edəcək.

İllik toplantılar “Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusuna həsr olunub. Bu mötəbər tədbir Qrupun 57 üzv ölkəsinin rəhbər şəxslərini və tərəfdaşları bir araya gətirərək ortaq inkişafın gücləndirilməsi, yeni əməkdaşlıq imkanlarının formalaşdırılması üçün mühüm platforma rolunu oynayacaq.

Tədbirin təşkil olunduğu Bakı Konqres Mərkəzində ABB islam bankçılığı konseptinə uyğun qurulmuş rəqəmsal filialı ilə təmsil olunur. Toplantı iştirakçıları burada müxtəlif əməliyyatlar apara, ABB-nin xidmətlərindən istifadə edə bilirlər.

Qeyd edək ki, bu ilin aprelindən ABB Azərbaycan Mərkəzi Bankının xüsusi tənzimləmə rejimi çərçivəsində islam bankçılığı alətlərindən olan “Murabaha” mexanizmi üzrə maliyyələşdirmə məhsullarını da müştərilərə təqdim etməyə başlayıb. Bu məhsullar bütün hüquqi və fizik şəxs sahibkarlar üçün əlçatandır. “Murabaha” məhsulu sahibkarlara bank vasitəsilə mal və ya aktivlərin alınmasını maliyyələşdirmək imkanını təqdim edir. Maliyyələşmə 1 ildən 3 ilə qədər nəzərdə tutulur.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Oxşar xəbərlər

Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları başlayıb - FOTO
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları öz işinə başlayıb - FOTO
İslam İnkişaf Bankının illik toplantısında bir sıra iştirakçı ölkələrlə sənədlər imzalanıb
İslam İnkişaf Bankı Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi üçün ilk krediti ayırıb
Bakıda İslam İnkişaf Bankı Qrupunun toplantılarına hazırlıq müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər