ABŞ və İran razılaşması bu gün imzalana bilər
ABŞ və Pakistan liderləri ABŞ-la İran arasında döyüşlərin dayandırılması üçün uzun müddətdir gözlənilən çərçivə sazişinin bazar günü imzalana biləcəyini bildiriblər.
Reuters-in məlumatına görə, Tehran imza vaxtı ilə bağlı hələ də dəqiq saat bildirməyib. İranda sərt xətt tərəfdarları isə razılaşmanın şərtlərinə etiraz ediblər.
Agentliyin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp şənbə günü sosial şəbəkədə İranla sazişin ertəsi gün, yəni onun 80 illik yubileyi günündə imzalanmasının planlaşdırıldığını yazıb. Pakistanın Baş naziri Şahbaz Şərif isə tərəflərin sülh sazişi üzrə çərçivə razılaşmasına gəldiyini və İslamabadın bazar günü elektron imzalanmaya hazırlaşdığını bildirib. Bundan sonra gələn həftə texniki səviyyədə danışıqların keçiriləcəyi gözlənilir.
Amma İran bazar günü imzalanmanı təsdiqləməyib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Trampın paylaşımından əvvəl imza vaxtı ilə bağlı açıqlama verməyə tələsməməyə çağırıb. Məlumata görə, ABŞ və İran son iki gün ərzində razılaşmaya doğru hərəkət etsə də, qarşıdurmalar davam edib. Eyni zamanda qeyd edilir ki, təklif olunan anlaşma memorandumu Hörmüz boğazının yenidən açılmasını və ABŞ-ın dəniz blokadasının ləğvini nəzərdə tutur. İranın nüvə proqramı üzrə danışıqlar isə daha sonra keçiriləcək.
Oxşar xəbərlər
“Reuters”: ABŞ və İran arasında memorandum bazar günü Cenevrədə imzalana bilər
Pakistan Baş naziri: ABŞ və İran razılaşmaya əvvəlkindən daha yaxındır, sülh sazişi 24 saat ərzində imzalana bilər
Fars: İran ABŞ-la razılaşmanın heç bir mətnini hələ təsdiqləməyib
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
Tramp: İranla müqavilənin həftənin sonuna və ya bazar ertəsi günü imzalana biləcəyinə inanıram
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Alina Xələfova: "Miniboss Biznes Məktəbi"nin məzunları ailə bizneslərini idarə etməyə hazırdır
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
Azərbaycan bankı BOKT-a çevrildi
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
-
Azərbaycan ilə ABŞ arasında potensial investisiya layihələri dəyərləndirilib
-
Ceyhun Bayramov Ben Bləklə TRIPP layihəsinin icrasını müzakirə edib
