Kobaxidze: Orta Dəhlizin potensialından yararlanmaqla Serbiya ilə tərəfdaşlığı dərinləşdirməyə hazırıq
sizinxeber.az xəbər saytı

Kobaxidze: Orta Dəhlizin potensialından yararlanmaqla Serbiya ilə tərəfdaşlığı dərinləşdirməyə hazırıq


Gürcüstan Orta Dəhlizin tranzit potensialından tam istifadə üçün Serbiya ilə tərəfdaşlığı dərinləşdirməyə hazırdır.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Serbiya Prezidenti Aleksandr Vuçiç ilə keçirdiyi görüşdən sonra keçirilən birgə brifinqdə bildirib.

Onun sözlərinə görə, Gürcüstan və Serbiya arasında ticarət-iqtisadi əlaqələrin inkişafı və nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur:

"Gürcüstan Orta Dəhlizin ayrılmaz hissəsidir. Biz Avropa ilə Asiya arasında tranzit və ticarət potensialından tam istifadə etmək üçün Serbiya ilə tərəfdaşlığımızı daha da dərinləşdirməyə hazırıq".

İ.Kobaxidze Serbiya Prezidentinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə təşəkkür edib və Tbilisinin də Serbiyanın suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini vurğulayıb.

Hökumət başçısı həmçinin vurğulayıb ki, Serbiyanın Tbilisidə səfirlik açmaq qərarı son dərəcə vacib addımdır:

"Əminəm ki, bu diplomatik nümayəndəlik ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verəcək".

Oxşar xəbərlər

Mariam Kvrişvili: Gürcüstan və Serbiya arasında azad ticarət sazişinin imzalanması ilə bağlı fəal danışıqlar aparılır
İrakli Kobaxidze: Gürcüstan Azərbaycanla ticarəti genişləndirməyə hazırdır
Aleksandar Vuçiçin Gürcüstana səfər proqramı açıqlanıb
İrakli Kobaxidze: ABŞ ilə strateji tərəfdaşlığı bərpa etməyə tam açığıq
Vuçiç: İqtisadi əməkdaşlıq Serbiya və ABŞ münasibətlərinin əsası olmalıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər