Futbol akademiyaları üçün 5 ulduz sertifikatlaşdırma modeli müzakirə olunub
AFFA-nın inzibati binasında futbol akademiyalarının nümayəndələrinin iştirakı ilə 5 ulduz sertifikatlaşdırma modelinin ilkin müzakirə görüşü keçirilib.
"Sizinxeber.az" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantıda AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, Futbol İnkişaf Departamentinin rəhbəri Sərxan Hüseynov və digər əməkdaşlar iştirak ediblər.
Tədbirdə modelin minimum tələblər, performans göstəriciləri, məqsədi, qiymətləndirmə metodologiyası və ulduz səviyyələrinin müəyyənləşdirilməsi qaydaları təqdim olunub. İştirakçılar sənədin ayrı-ayrı müddəaları ilə bağlı rəy və təkliflərini səsləndirərək müzakirələrdə iştirak ediblər. Bildirilib ki, model futbol akademiyalarının fəaliyyətinin vahid standartlar əsasında qiymətləndirilməsini, keyfiyyət göstəricilərinin artırılmasını və akademiyalar arasında davamlı inkişaf mühitinin formalaşdırılmasını hədəfləyir.
Müzakirələr zamanı səsləndirilən təkliflər sənədin yekunlaşdırılması prosesində nəzərə alınacaq. AFFA 5 Ulduz sertifikatlaşdırma modelinin tətbiqi ilə struktur, idarəetmə, təlim-məşq prosesi, oyunçu inkişafı və infrastruktur sahələrində keyfiyyət standartlarının təmin olunmasında akademiyalara dəstək mexanizmlərinin hazırlanmasını hədəfləyir.
Oxşar xəbərlər
AFFA-da akademiyaların texniki direktor və koordinatorları ilə görüş keçirilib
AFFA əməkdaşları UEFA-nın konfransında iştirak ediblər
Klublar Komitəsinin iclası keçirilib, AFFA-ya müraciət olunacaq
Sumqayıtda minifutbol turniri keçirilib
AFFA Premyer Liqa klublarının akademiyalarına yerində ziyarət və qiymətləndirmə prosesini başa çatdırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
AYNA: Bakıda daha 7 ünvanda tibb müəssisələrinə gələnlərə rahat şərait yaradılıb
-
Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
