AMB I rübdə ölkəyə və ölkədən investisiya qoyuluşunun məbləğini açıqlayıb
Bu ilin I rübündə Azərbaycan rezidentləri xarici ölkələrin iqtisadiyyatına 1 milyard 109,85 milyon ABŞ dolları birbaşa investisiya yatırıb.
"Sizinxeber.az" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə çoxdur.
Rüb ərzində ən çox birbaşa xarici investisiya Türkiyə (453,7 milyon ABŞ dolları), Böyük Britaniya (234,5 milyon ABŞ dolları), Gürcüstan (83,85 milyon ABŞ dolları), Özbəkistan (74,9 milyon ABŞ dolları) və ABŞ-yə (66,9 milyon ABŞ dolları) yatırılıb.
Hesabat dövründə xarici rezidentlər isə ölkəyə 1 milyard 720,1 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 13,25 % çoxdur. Ən çox birbaşa investisiyanı Böyük Britaniya (484,7 milyon ABŞ dolları), Türkiyə (329,6 milyon ABŞ dolları), Cənubi Kipr (216,6 milyon ABŞ dolları), Rusiya (107,1 milyon ABŞ dolları) və İran (106,4 milyon ABŞ dolları) yatırıb.
Oxşar xəbərlər
AMB ötən il ölkəyə və ölkədən investisiya qoyuluşunun məbləğini açıqlayıb
Azərbaycan Gürcüstan iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 5 dəfə artırıb
Azərbaycan Türkiyə iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 2 dəfədən çox artıb
Azərbaycan Rusiya iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 3 dəfəyə yaxın artırıb
Azərbaycanın BƏƏ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu kəskin azaldıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
AYNA: Bakıda daha 7 ünvanda tibb müəssisələrinə gələnlərə rahat şərait yaradılıb
-
Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
