Peres: Mourinyo kimi madridlinin geri dönməsindən qürur duyuruq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
in
2026
23:30
ff aaaaaaa

Peres: Mourinyo kimi madridlinin geri dönməsindən qürur duyuruq

09 in, 2026
23:30
985

Peres: Mourinyo kimi madridlinin geri dönməsindən qürur duyuruq

"Real Madrid"də prezident seçkisində qalib gələn Florentino Peres Alvaro Arbeloa ilə yolları ayırıb və baş məşqçi kimi Joze Mourinyonun gətirildiyini açıqlayıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

"Real Madrid"i müdafiə etmək üçün buradayam. "Real Madrid"in çempionluqlar qazanmağa davam etməsi üçün çalışacağıq. Dünyanın ən yaxşı stadionu olan Santyaqo Bernabeu ilə qürur duymağa davam edəcəyik. Dünyanın ən yaxşı oyunçularına sahib olmaqdan, dünyanın ən yaxşı baş məşqçilərindən biri olan Joze Mourinyo kimi bir madridlinin geri dönməsindən qürur duyuruq", - o bildirib.

Peresin sözlərinə görə, o prezident olduğu müddətcə "Real Madrid"in uğurları üçün çalışacaq.

Xatırladaq ki, Madrid "Real"ının portuqaliyalı Joze Mourinyonu baş məşqçi postuna təyin edəcəyi ilə bağlı xəbər mayın 16-da Portuqaliyanın "Сorreio da Manh" qəzetində yayılıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul