Azərbaycanın 5 ayda metanol ixracından gəlirləri açıqlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın 5 ayda metanol ixracından gəlirləri açıqlanıb


Bu ilin yanvar-may aylarında Azərbaycandan 27 milyon 106,61 min ABŞ dolları dəyərində 75 min 475,2 ton metanol (metil spirti) ixrac edilib.

"Sizinxeber.az" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 1,7 dəfə, həcmi isə 2,3 dəfə azdır.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında metil spirtinin payı 0,53 % təşkil edir. İlkin formalarda metanolun ümumi ixracdakı payı isə 0,19 % təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.

Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) metanol zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi - "SOCAR Metanol" MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Oxşar xəbərlər

Bu ilin I rübündə Azərbaycanın metanol ixracından gəliri açıqlanıb
İki ayda Azərbaycan 4 milyon tona yaxın neft ixrac edib
Azərbaycanın ixrac etdiyi neft məhsullarının həcmi 16 %-dən çox artıb
Bu il Azərbaycan 14 milyon tondan çox neft ixrac edib
Azərbaycanın I yarımildə ixrac etdiyi neft məhsullarının həcmi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər