OECD:  Son 3 ildə DİM-in maliyyələşdirilməsində 25 % azalma müşahidə olunur
sizinxeber.az xəbər saytı

OECD: Son 3 ildə DİM-in maliyyələşdirilməsində 25 % azalma müşahidə olunur


Son 3 ildə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) maliyyələşdirilməsində 25 % azalma müşahidə olunur.

"Sizinxeber.az" xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişaf üzrə Əməkdaşlıq Direktorluğunun direktor müavini Haje Schütte Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "8-ci DİM Dialoqu: Dayanıqlı İnkişaf üçün İnnovativ Maliyyələşdirmə: Yardım və Ənənəvi Rəsmi İnkişaf Yardımından (RİY) Kənar" tədbirində bildirib.

Onun sözlərinə görə, maliyyələşmə ilə bağlı DİM gündəliyinin qəbul edildiyi ilkin dövrləri xatırladır: "Bu isə xüsusilə ən həssas qruplar üçün ciddi nəticələr doğurur. Mövcud rəqəmlər açıq şəkildə göstərir ki, ən az inkişaf etmiş ölkələr, kiçik ada dövlətləri və Sub-Sahara Afrika ölkələri bu azalmadan ən çox zərər görən tərəflərdir. Səhiyyə sektoru da narahatlıq doğurur, burada maliyyələşmədə azalma tendensiyası aydın şəkildə müşahidə edilir. Bu təsirlərin, xüsusilə ən az inkişaf etmiş ölkələrə birbaşa təsirinin miqyasını biz hələ indi tam dərk etməyə başlayırıq.

Eyni zamanda azalma bütün ölkələrə eyni dərəcədə şamil olunmur. Ümumi geriləmənin əsas hissəsi 7 ölkənin payına düşür. Üzv ölkələrin təxminən yarısı maliyyələşməni artırmağa davam edir. Digər yarısında azalma müşahidə olunsa da, ümumi enişin əsas hərəkətverici amili məhz həmin 7 ölkədir. Bu reallıq hazırkı mərhələdə daha sıx əməkdaşlığın və koordinasiyanın vacibliyini bir daha ortaya qoyur. Biz bu istiqamətdə digər ölkələrlə, o cümlədən inkişaf üçün öz maliyyə imkanlarını genişləndirən Azərbaycanla da sıx tərəfdaşlıq edirik. Bu yanaşma təqdirəlayiqdir".

Oxşar xəbərlər

Nazir müavini: "Dayanıqlı inkişafın maliyyələşdirilməsində ciddi kəsir var"
Hüseyn Hüseynov: SDG-lərin yalnız 17 faizi hazırda hədəf üzrə icra olunur
Şahin Mahmudzadə: "ESG və iqlim risklərinin prudensial çərçivəyə inteqrasiyası bu il tamamlanacaq"
Nazir müşaviri: SDG-lərin maliyyə boşluğu illik 4 trilyon dollara çatıb
Mikayıl Cabbarov İslam İnkişaf Bankına üzv ölkələr üzrə müdirlərin görüşündə iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər