Azərbaycanda 169 min hektardan çox istifadəsiz torpaq yenidən əkin dövriyyəsinə cəlb edilib
sizinxeber.az xəbər saytı

Azərbaycanda 169 min hektardan çox istifadəsiz torpaq yenidən əkin dövriyyəsinə cəlb edilib


Azərbaycanda kənd təsərrüfatının inkişafı məqsədilə son illərdə istifadəsiz qalan torpaq sahələrinin yenidən əkin dövriyyəsinə qaytarılması istiqamətində mühüm addımlar atılıb.

"Sizinxeber.az"un Qubaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonları üzrə keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ayrı-ayrı şəxslər tərəfindən mülkiyyətə alınmış və ya uzunmüddətli icarəyə götürülərək istifadəsiz saxlanılan 169,1 min hektar torpaq sahəsi yenidən əkin dövriyyəsinə cəlb olunub: "Aqrar sahədə həyata keçirilən islahatlar çərçivəsində su təminatının yaxşılaşdırılması, müasir suvarma sistemlərinin tətbiqi və texnika parkının yenilənməsi istiqamətində də mühüm işlər görülüb. Kənd təsərrüfatının inkişafına dəstək məqsədilə ölkənin 32 rayonunda 52 aqropark yaradılıb. Aqroparklar rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasına, bəzi məhsullar üzrə idxaldan asılılığın azaldılmasına və regionlarda məşğulluğun genişləndirilməsinə əhəmiyyətli töhfə verib".

Prezidentin köməkçisi vurğulayıb ki, torpaq və su resurslarından səmərəli istifadə yeni Dövlət Proqramının da əsas prioritet istiqamətlərindən biridir.

Oxşar xəbərlər

İlham Bayramov: "Bu il 1,5 milyon hektardan çox torpaq sahəsi suvarılacaq"
Məcnun Məmmədov: "Torpaq sahələrinin genişləndirilməsi hesabına artım dövrü başa çatır"
Zeynal Nağdəliyev: "Aqroparkların yaradılması bəzi kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığı aradan qaldıracaq"
Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
Vahid Hacıyev: "Aqrar sektorda istehsal və emal imkanları genişləndiriləcək"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər