Zaur Mikayılov: "Azərbaycanın şimal rayonlarında su ehtiyatlarına təzyiq artır"
sizinxeber.az xəbər saytı

Zaur Mikayılov: "Azərbaycanın şimal rayonlarında su ehtiyatlarına təzyiq artır"


İqlim şəraitinin dəyişməsi və quraqlıq müddətlərinin artması Azərbaycanın şimal bölgələrində su ehtiyatlarına olan təzyiqi artırır.

"Report"un Qubaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonları üzrə keçirilən müşavirədə deyib.

Agentlik rəhbərinin fikrincə, son dövrdə orta illik temperatur göstəricilərinin artması, yağışların qeyri-mütənasib bölünməsi və quraq dövrlərin uzanması su resurslarının səmərəli idarə edilməsini daha vacib məsələyə çevirib.

"Bu amillər nəzərə alınaraq ölkədə yeni su qaynaqlarının formalaşdırılması, mövcud infrastrukturun bərpası və suvarma şəbəkələrinin müasirləşdirilməsi istiqamətində irimiqyaslı layihələr reallaşdırılır. Görülən işlər aqrar sahənin iqlim dəyişikliklərinə adaptasiya olunmasına yönəlib", - Z. Mikayılov bildirib.

Oxşar xəbərlər

Zaur Mikayılov: "Mərkəzi Aran iqtisadi rayonu Azərbaycanın aqrar inkişafında xüsusi rol oynayır"
Azərbaycanda 169 min hektardan çox istifadəsiz torpaq yenidən əkin dövriyyəsinə cəlb edilib
ADSEA: Azərbaycanda regionlar üzrə su balansı əsasında əkin planlaması aparılacaq
Seymur Səfərli: "Xaçmaz və Şabran buğda istehsalının inkişafı üzrə hədəf rayonlar siyahısına daxil edilib"
Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər