Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Mərkəzi İcraiyyə Komitəsinin kiritik partiya məclisinin iclasından əvvəl 9 deputatı xaric etmək tələbi ilə intizam komitəsinə göndərməsi qərarı yeni qalmaqala səbəb olub.
NTV xəbər verir ki, Özgür Özel və komandası partiya məclisindən istefa vermək qərarına gəlib.
Mütləq etibarsızlıq qərarı ilə CHP sədrliyinə qayıdan Kamal Kılıçdaroğlunun 9 deputatı xaric etmək qərarından sonra Özgür Özelin komandası 45 gün ərzində fövqəladə qurultay keçirmək üçün partiya məclisindən istefa verib.
Özələ yaxın olan 57 partiya məclisi üzvündən 28-nin istefa verdiyi açıqlanıb.
Partiya nizamnaməsinə görə, partiya məclisi üzvlərinin sayı, üzvlərin ümumi sayının üçdə ikisindən (40-dan) az olarsa, 45 gün ərzində partiyanın qurultay keçirməsi mütləqdir.
Qeyd edək ki, məhkəmə CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb.
CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu isə qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.
Oxşar xəbərlər
AK Partiya sözçüsü Türkiyənin BRİCS-ə üzv olmaq üçün müraciət etdiyini təsdiqləyib
Trüdo istefa verəcəyini açıqlayıb
Ərdoğan DEM Partiya heyətini qəbul edib
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Gürcüstanda keçirilən parlament seçkilərində hakim partiya irəlidədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: İran müharibə istəmir, lakin öz suverenliyini qoruyacaq
-
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
Aytən Məmmədova: Layihədə təkcə məhdudiyyətlər deyil, effektiv tənzimləmə vasitələri var
-
Sabah Bakının Nəsimi rayonunun bəzi hissəsində qaz olmayacaq
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
