Qaya Məmmədov: Əbülfəzl Zohrevandın Azərbaycana qarşı böhtan və təhdidli bəyanatını rədd edirik
sizinxeber.az xəbər saytı

Qaya Məmmədov: Əbülfəzl Zohrevandın Azərbaycana qarşı böhtan və təhdidli bəyanatını rədd edirik


İran parlamentinin üzvü Əbülfəzl Zohrevandın Azərbaycana qarşı böhtan və təhdid ehtiva edən bəyanatını rədd edirik və sərt şəkildə qınayırıq.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı, Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qaya Məmmədov deyib.

"Zohrevandın bəyanatı dünyada kifayət qədər mürəkkəb proseslərin cərəyan etdiyi bir dövrdə Azərbaycan və İran hökumətlərinin regionda sabitliyi və ikitərəfli münasibətləri qarşılıqlı anlaşma şəraitində saxlamaq səylərinə qarşı yönəlmiş təxribatdır. Biz İran hökumətini və parlamentini Zohrevandın təxribatçı açıqlamasını pisləməyə və ona qarşı digər müvafiq tədbirlər görməyə çağırırıq", - deputat əlavə edib.

Xatırladaq ki, İran parlamentinin üzvü Azərbaycanı təhdid edib.

Oxşar xəbərlər

Deputat: Azərbaycan Avropa Parlamentinə adekvat cavab verib, aydın mesaj göndərib
Azərbaycan Avropa Parlamentinə adekvat cavab verib, aydın mesaj göndərib
İran İsrailə məxsus qırıcı təyyarələri və PUA-ları məhv edib
MM üzvləri Britaniya parlamentinin Lordlar Palatasının üzvləri ilə görüşüblər
"Zirə" futbolçusu Anatoli Nuriyevlə yolları ayırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər