Rizedə itən şəxsin axtarışı zamanı AFAD əməkdaşı həlak olub
sizinxeber.az xəbər saytı

Rizedə itən şəxsin axtarışı zamanı AFAD əməkdaşı həlak olub


Türkiyənin Rize vilayətinin Çamlıhemşin rayonundakı Fırtına dərəsində itkin düşən şəxsin axtarışında iştirak edən Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) qrupunu daşıyan qayığın qayaya çırpılaraq çevrilməsi nəticəsində 1 xilasedici həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə "TRTHaber" məlumat yayıb.

"Səhər saatlarında Fırtına dərəsində axtarış işlərinə başlayan qruplar Civelekoğlunun meyitinin yerini müəyyən ediblər. Meyitin olduğu əraziyə hərəkət edən və içərisində 5 əməkdaşın olduğu AFAD qayığı, qayaya çırpılaraq çevrilib", - məlumatda bildirilib və qeyd olunub ki, qrupların müdaxiləsi ilə sahilə çıxarılan 5 əməkdaşdan 1-i həyatını itirib, digərlərinin isə vəziyyəti yaxşıdır.

Bununla yanaşı, Volkan Civelekoğlunun meyiti də sudan çıxarılaraq Çamlıhemşin Rayon Dövlət Xəstəxanasının morquna yerləşdirilib.

Oxşar xəbərlər

Dağıstanda qayığın qayaya çırpılması nəticəsində bir nəfər ölüb
Kahramanmaraşda 4,4 maqnitudalı zəlzələ olub
Türkiyənin Ağrı vilayətində 4.3 maqnitudalı zəlzələ olub
Aralıq dənizində 4.8 maqnitudalı zəlzələ olub
İranın Qərbi Azərbaycan vilayətində 4,2 maqnitudalı zəlzələ olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər