Mərkəzi Bank: Yaşıl maliyyə taksonomiyası beynəlxalq kapital axınlarını gücləndirəcək
Biz bazar əməliyyatlarımızı “yaşıllaşdırmağı” düşünürük və dövlət dəstək fondlarına ESG elementlərinin inteqrasiyası üçün hökumətlə sıx əməkdaşlıq edirik.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində “8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu: Dayanıqlı inkişaf üçün innovativ maliyyələşmə – yardım və ənənəvi Rəsmi İnkişaf Yardımının (ODA) hüdudlarından kənarda” mövzusunda təşkil olunan sessiyada bildirib.
"Lakin ənənəvi maliyyə risklərindən fərqli olaraq ESG riskləri sərhədlərdən kənara çıxır, sistem xarakteri daşıyır və milli çərçivələrlə məhdudlaşdırıla bilmir. ESG riskləri xarici təsirlər yaradır – yəni bir şirkətin fəaliyyəti digər tərəflərə də təsir edir. Məsələn, Avropadakı bir şirkət Afrikadakı xammaldan, Asiyadakı istehsaldan asılı ola bilər və zəncirin hər hansı mərhələsindəki problem bütün sistemi təsir edə bilər. Buna görə daha güclü beynəlxalq əməkdaşlıq zəruridir. Bu istiqamətdə biz IFC, SBFN, UNDP, UNEP FI və Climate Bonds Initiative kimi tərəfdaşlarla birlikdə “Dayanıqlı Maliyyə Taksonomiyalarının Uyğunlaşdırılması və Müqayisəliliyinin Gücləndirilməsi üzrə Yol Xəritəsi” layihəsini başlatmışıq" - deyə qeyd edib.
O bildirib ki, bu təşəbbüs yaşıl maliyyə sahəsində ən böyük problemlərdən biri olan parçalanma problemini həll etməyə yönəlmiş könüllü çoxtərəfli platformadır:
"Taksonomiyalar eyni dili danışmadıqda kapital axınları qeyri-müəyyənlik və maneələrlə üzləşir. Bu uyğunlaşdırma təşəbbüsü isə özəl kapital axınlarını artırmağı və daha inklüziv, ədalətli aşağı karbonlu iqtisadiyyata keçidi sürətləndirməyi hədəfləyir. Bu yalnız taksonomiyaların uyğunlaşdırılması deyil, həm də möhkəm yoxlama və təsdiqləmə mexanizmlərinin qurulması deməkdir".
Oxşar xəbərlər
Nazir müşaviri: SDG-lərin maliyyə boşluğu illik 4 trilyon dollara çatıb
Hüseyn Hüseynov: SDG-lərin yalnız 17 faizi hazırda hədəf üzrə icra olunur
Şahin Mahmudzadə: Mərkəzi Bank 110 ölkə ilə vahid taksonomiya üzərində işləyir
IsDB: Üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişaf imkanlarından kənarda qalıb
Dünya Bankının məsləhətçisi: Mərkəzi Asiya və Qafqaz regionunda gənclər ümumi əmək resurslarının 50%-ni təşkil edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
AYNA: Bakıda daha 7 ünvanda tibb müəssisələrinə gələnlərə rahat şərait yaradılıb
-
Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
