Hüseyn Hüseynov: SDG-lərin yalnız 17 faizi hazırda hədəf üzrə icra olunur
sizinxeber.az xəbər saytı

Hüseyn Hüseynov: SDG-lərin yalnız 17 faizi hazırda hədəf üzrə icra olunur


BMT-nin hesabatlarına əsasən, hazırda Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) yalnız təxminən 17 faizi plan üzrə icra olunur.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində “8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu: Dayanıqlı inkişaf üçün innovativ maliyyələşmə – yardım və ənənəvi Rəsmi İnkişaf Yardımının (ODA) hüdudlarından kənarda” mövzusunda təşkil olunan sessiyada bildirib.

Onun sözlərinə görə, qalan 83 faiz göstəricilər ya çox yavaş irəliləyir, ya dayanıb, ya da geriləmə mərhələsindədir ki, bu da qlobal səviyyədə ciddi narahatlıq doğurur:

"Eyni zamanda qlobal inkişaf çağırışları daha da dərinləşir. İqlimlə bağlı fəlakətlərin həm tezliyi, həm də iqtisadi təsiri artır. Bioloji müxtəlifliyin itkisi ciddi narahatlıq doğurur — dünyada növlərin təxminən 10–12 faizi təhlükə altındadır".

O həmçinin bildirib ki, 2030 Gündəliyinə yaxınlaşdıqca beynəlxalq ictimaiyyət ambisiya ilə real icra arasında artan fərqlə üzləşir və bu tendensiya inkişaf prosesinə əlavə təzyiq yaradır:

"İqlim dəyişiklikləri, bioloji müxtəlifliyin itkisi, ərzaq və su təhlükəsizliyi, enerji keçidi xərcləri və sosial bərabərsizlik kimi problemlər SDG-lərin icrasını daha da çətinləşdirir. Mövcud vəziyyətdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi və innovativ maliyyə mexanizmlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır".

Oxşar xəbərlər

Nazir müşaviri: SDG-lərin maliyyə boşluğu illik 4 trilyon dollara çatıb
Mərkəzi Bank: Yaşıl maliyyə taksonomiyası beynəlxalq kapital axınlarını gücləndirəcək
Dünya Bankının məsləhətçisi: Mərkəzi Asiya və Qafqaz regionunda gənclər ümumi əmək resurslarının 50%-ni təşkil edir
IsDB: Üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişaf imkanlarından kənarda qalıb
İtaliyalı nazir müavini: Azərbaycan WUF13-ə uğurla ev sahibliyi edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər