Əraqçi: ABŞ və İran nümayəndə heyətlərinin rəhbərləri iyunun 19-da Cenevrədə görüşə bilər
sizinxeber.az xəbər saytı

Əraqçi: ABŞ və İran nümayəndə heyətlərinin rəhbərləri iyunun 19-da Cenevrədə görüşə bilər


ABŞ və İran nümayəndə heyətlərinin rəhbərləri iyunun 19-da İsveçrədə görüş keçirə bilərlər.

"Tasnim"in məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

“Cümə günü, ehtimal ki, İsveçrədə hər iki tərəfin nümayəndə heyətlərinin rəhbərləri arasında görüş keçiriləcək və İranla ABŞ arasında anlaşma memorandumu imzalanacaq. Bundan sonra növbəti danışıqların birinci raundu baş tutacaq”, - deyə Əraqçi bildirib.

Onun sözlərinə görə, memorandumun imzalanması İranın iqtisadi vəziyyətinə müsbət təsir göstərə bilər. Bununla belə, Əraqçi vurğulayıb ki, Tehran bu cür iqtisadi razılaşmalardan tam asılı olmamalıdır.

Oxşar xəbərlər

Əraqçi Cenevrə görüşü barədə: Memorandumun imzalanmasından sonra ilk raund danışıqları keçiriləcək
Əraqçi: ABŞ-ın hücumundan əvvəl İran nüvə məsələsində güzəştlərə hazır idi
ABŞ və İran nümayəndələri gələn həftə İsveçrədə görüşə bilər
Cenevrədə İranla "Avropa üçlüyü" arasında danışıqlar başlayıb
Cenevrədə İranla Avropa ölkələri arasında danışıqlar başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər