Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolu 8 Noyabr prospekti ilə birləşdiriləcək
sizinxeber.az xəbər saytı

Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolu 8 Noyabr prospekti ilə birləşdiriləcək


Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolu gələcəkdə 8 Noyabr prospekti ilə birləşəcək.

Bu barədə "Sizinxeber.az"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, Abşeronun şimal-qərb hissəsini Bakının şərq və cənub-qərb istiqamətləri ilə birbaşa birləşdirəcək yeni Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun inşası və Heydər Əliyev prospektinə qədər əlaqələndirilməsi nəzərdə tutulur. Bu yol gələcəkdə 8 Noyabr prospekti ilə birləşəcək.

"İnşa ediləcək irimiqyaslı yol Mehdiabad və Binəqədi ərazisindən başlayaraq Binəqədi şosesi ilə əlaqələndiriləcək. Bu addım nəticəsində nəqliyyat axını daha balansı paylanılacaq. Xüsusilə Binəqədi, 20 yanvar, Ziya Bünyadov xətti üzrə müşahidə olunan gündəlik sıxlıqlar azalacaq. Bir çox nəqliyyat vasitəsi alternativ yollarla hərəkət edəcək. Ümumilikdə həyata keçirilən bu infrastruktur layihələri dairəvi yollarla birlikdə şəbəkə formalaşdıracaq və daha rahat alternativ marşrutlar yaranacaq", - AYNA-dan bildirilib.

Oxşar xəbərlər

Bakıda 15 istiqamətdə sıxlıq müşahidə olunur - YENİLƏNİB
Bakıda 16 istiqamətdə sıxlıq var - SİYAHI
Ziya Bünyadov prospekti yaxınlığında yanğın başlayıb
Tıxaclardan qurtuluruq- Yeni çəkiləcək yollar bunlardır
Bakıda sıxlıq müşahidə olunan yollar açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər