Rizvan Nəbiyev: "Azərbaycanda aqrar sahənin inkişafı üçün 5 milyard manat cəlb ediləcək"
"Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın icrasına 5 milyard manat ayrılması nəzərdə tutulur.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər" mövzusunda aqrar sahə profilli QHT-lərin ictimai müzakirəsində QHT Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.
Onun sözlərinə görə, proqramın maliyyə təminatı çərçivəsində dövlət tərəfindən 2 milyard manat vəsait ayrılması, əlavə 3 milyard manatın isə özəl sektordan cəlb olunması nəzərdə tutulur: "Bu baxımdan dövlət-özəl tərəfdaşlığı mexanizmləri yenidən ön plana çıxır. Sahə üzrə təcrübəyə malik ekspertlərin və mütəxəssislərin rəy və təkliflərinin nəzərə alınması da mühüm əhəmiyyət daşıyır".
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin potensialından istifadə məsələsi xüsusi diqqət çəkir: "Ölkənin ümumi su ehtiyatlarının 25 %-i Qarabağ və Şərqi Zəngəzurda cəmləşib. Bu resursların dövriyyəyə cəlb olunması, yeni 10 su anbarının tikilməsi və mövcud su anbarlarının müasirləşdirilməsi aqrar sahədə suvarılan torpaq sahələrinin 300 min hektara çatdırılmasına imkan verəcək. Hazırda bu göstərici həmin hədəfin yarısından da azdır. Bu, son dərəcə vacib məqsəddir. Çünki müasir aqrar sistemin formalaşdırılmasında suvarma əsas amillərdən biri hesab olunur".
R. Nəbiyev vurğulayıb ki, digər mühüm istiqamət rəqəmsallaşmanın genişləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi və bu sahədə inkişaf etmiş ölkələrlə təcrübə mübadiləsinin gücləndirilməsidir: "Bütün bu addımlar iqtisadiyyatın inkişafına və iqtisadi suverenliyin daha da möhkəmləndirilməsinə xidmət edir".
Oxşar xəbərlər
Azərbaycanda 480 min hektar örüş və otlaq sahəsi bərpa edilə bilər
Azərbaycanda aqrar sahədə ixracın 2 milyard dollara çatdırılması hədəflənir
"2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrasına 55 milyard manat lazım olacaq
Azərbaycan yaxın 5 ildə işğaldan azad olunmuş ərazilərinə 20 milyard manat xərc çəkəcək
İlham Bayramov: "Bu il 1,5 milyon hektardan çox torpaq sahəsi suvarılacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və Niderland probasiya sahəsində əməkdaşlıq edəcək
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
-
İran silahlı qüvvələrini tam döyüş hazırlığına gətirib
-
ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib - YENİLƏNİB - 2
