Culfada yanğında xəsarət alan azyaşlı ölüb, anasının müalicəsi davam edir - FOTO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Culfada yanğında xəsarət alan azyaşlı ölüb, anasının müalicəsi davam edir - FOTO - YENİLƏNİB


Bu gün Culfa şəhərində baş verən yanğın zamanı xəsarət alan 2023-cü il təvəllüdlü Zeynalov Emil Cəfər oğlu ölüb.

Sizinxeber.az xəbər verir ki, azyaşlının anası 2004-cü il təvəllüdlü Zeynalova Fidan Dünyamin qızının müalicəsi davam etdirilir.

***

14:18

Culfa şəhərində yaşayış binasında yanğın olub.

Sizinxeber.az xəbər verir ki, hadisə şəhərdəki 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Hadisə yerinə FHN-in qüvvələri cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 2004-cü il təvəllüdlü Fidan Zeynalova və onun 2023-cü il təvəllüdlü övladı xəsarət alıb. Onlar əvvəlcə Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Culfada binada yanğın olub, ana və azyaşlı övladı xəsarət alıb - FOTO
Culfada baş verən yanğında xəsarət alan azyaşlı ölüb - YENİLƏNİB-2
Culfada baş verən yanğında xəsarət alan ana və övladının vəziyyəti ağırdır - YENİLƏNİB
Culfada yaşayış binasında yanğın olub, iki nəfər xəsarət alıb
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər