Mərkəz direktoru: Aqrar sahədə Dövlət Proqramı 5 prioritet, 16 fəaliyyət istiqamətindən ibarətdir
Prezidentin tapşırığına uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanan Dövlət Proqramı 5 prioritet istiqamət, 16 fəaliyyət istiqaməti, 86 tədbir və 23 hədəf indikatorlarından ibarətdir. Dövlət Proqramı qısa müddətli dövrü əhatə edir, layihə əsaslı tədbirlərin həyata keçirilməsini, regionların inkişafına yönəlmiş işlərin görülməsini, o cümlədən, infrastruktur və investisiya layihələrini nəzərdə tutur.
Sizinxeber.az xəbər verir ki, bunu Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsinə həsr olunmuş regional müşavirədə deyib.
Rəşad Hüseynov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nı slaydlar vasitəsi ilə təqdim edib.
O, son 10 il ərzində ölkədə kənd təsərrüfatının müxtəlif istiqamətlərində məhsulların istehsalında müşahidə edilən artım, infrastruktur və resurs bazası üzrə əldə edilən nailiyyətlər barədə məlumat verib. Bununla yanaşı, resurs və ətraf mühit təsirləri, torpaqların inkişafı, iqlim dəyişiklikləri, habelə struktur və iqtisadi təsirlər, müasir texnologiyaların tətbiqi, ixrac potensialı, urbanizasiya, kadr potensialı, xarici təsirlər ilə bağlı qarşıda duran çağırışlardan bəhs edib.
Diqqətə çatdırılıb ki, Dövlət Proqramında fundamental və dəstəkləyici tədbirlər əks olunub. Dəstəkləyici tədbirlər çərçivəsində qanunvericilik təşəbbüsləri, institusional islahatlar və rəqəmsallaşma ilə bağlı məsələlər əhatə olunur. Fundamental tədbirlər çərçivəsində buğda bitkisi üzrə istehsal potensialının gücləndirilməsi, pambıqçılıq klasterinin inkişafı, müasir suvarma sistemləri ilə təminatın yaxşılaşdırılması, pilot konsolidasiya layihəsinin tətbiqi, intensiv bağların genişləndirilməsi, istixana sahələrinin inkişafı, taxıl siloları və soyuducu anbar infrastrukturunun yaxşılaşdırılması ilə bağlı, iribuynuzlu heyvandarlıq, qoyunçuluq, quşçuluq sektorlarında, balıqçılıq və akvakultura sahəsində hədəf göstəricilər və tədbirlər müəyyən edilir. Bununla yanaşı, Dövlət Proqramında göstərilən işlərin həyata keçirilməsi üçün maliyyə ehtiyacı və investisiya mənbələri barədə də məlumat verilib.
Oxşar xəbərlər
Aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirələrə start verilir
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Zəngilanda müşavirə keçirilir - FOTO
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirə keçirilir - FOTO
Rəşad Hüseynov: "Yeni Dövlət Proqramı kənd təsərrüfatının bütün alt sektorlarını əhatə edəcək"
Nazir müavini: Yeni dövlət proqramı aqrar dəyər zəncirinin bütün mərhələlərini əhatə edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
İranda partlayışlar qeydə alınıb
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli olub
-
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
