ABŞ vizaların sürətləndirilmiş rəsmiləşdirilməsi üçün 750 dollar ödəniş almağı planlaşdırır
sizinxeber.az xəbər saytı

ABŞ vizaların sürətləndirilmiş rəsmiləşdirilməsi üçün 750 dollar ödəniş almağı planlaşdırır


ABŞ Dövlət Departamenti Amerika vizalarının sürətləndirilmiş qaydada rəsmiləşdirilməsi üçün müraciət edənlərdən 750 dollar məbləğində əlavə ödəniş almağı planlaşdırır.

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ xarici siyasət idarəsinin yeni pilot proqramı barədə rəsmi açıqlama gələn həftə veriləcək. Proqramın iyulun 1-dən dekabrın 31-dək qüvvədə olacağı nəzərdə tutulur.

Proqram çərçivəsində əlavə ödəniş edən şəxslər ABŞ-ın bəzi diplomatik nümayəndəliklərində viza müsahibəsinə 10 gün ərzində dəvət oluna biləcəklər.

Dövlət Departamentinin məlumatına əsasən, hazırda viza müsahibəsi üçün gözləmə müddəti diplomatik nümayəndəlikdən asılı olaraq bir neçə gündən təxminən bir ilədək dəyişə bilir.

Oxşar xəbərlər

COP29-la bağlı xüsusi giriş vizalarının rəsmiləşdirilməsi davam edir
Putin Gürcüstan vətəndaşları üçün viza rejimini yumşaldıb
Dövlət Proqramı çərçivəsində müsahibə mərhələsinə start verilir
DMX Azərbaycana səfər edən Rusiya vətəndaşlarına müraciət edib
981 nəfər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər