Mundiallar tarixinə ekskurs: 1930-cu ildən başlayan möhtəşəm futbol bayramları - ARAŞDIRMA
Bu il ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı futbol tarixində yeni səhifə açacaq.
"Sizinxeber.az"un məlumatına görə, ilk dəfə mundialda 48 komanda iştirak edəcək.
Birinci analoji turnir 1930-cu ildə Uruqvayda keçirilib. Həmin yarışda 13 komanda iştirak edib və ev sahibləri tarixdə ilk dünya çempionu olublar. Sonrakı illərdə iştirakçı sayı artıb və mundial qlobal idman hadisəsinə çevrilib.
Komanda sayının artımı
1930 – 13 komanda
1934 - 16 komanda
1938 - 15 komanda (Avstriya turnirdən imtina edib)
1950 - 13 komanda (bəzi ölkələr yarışdan imtina edib)
1954 - 1978 – 16 komanda
1982 - 1994 – 24 komanda
1998 - 2022 – 32 komanda
2026 - 48 komanda
FIFA-nın açıqlamasına görə, bu genişlənmə futbolun bütün qitələrdə inkişafı və daha çox ölkənin mundial həyəcanını yaşaması məqsədi daşıyıb.
Mundialların ev sahibləri və mükafatçıları
1930 – Uruqvay
1. Uruqvay, 2. Argentina, 3. ABŞ
1934 - İtaliya
1. İtaliya, 2. Çexoslovakiya, 3. Almaniya
1938 - Fransa
1. İtaliya, 2. Macarıstan, 3. Braziliya
İkinci Dünya müharibəsi futbola da təsirsiz ötüşməyib. 1942 və 1946-cı illərdə dünya çempionatı keçirilməyib. Mundial yalnız 1950-ci ildə yenidən təşkil olunub.
1950 - Braziliya
1. Uruqvay, 2. Braziliya, 3. İsveç
1954 - İsveçrə
1. Qərbi Almaniya, 2. Macarıstan, 3. Avstriya
1958 - İsveç
1. Braziliya, 2. İsveç, 3. Fransa
1962 - Çili
1. Braziliya, 2. Çexoslovakiya, 3. Çili
1966 - İngiltərə
1. İngiltərə, 2. Qərbi Almaniya, 3. Portuqaliya
1970 - Meksika
1. Braziliya, 2. İtaliya, 3. Qərbi Almaniya
1974 - Qərbi Almaniya
1. Qərbi Almaniya, 2. Niderland, 3. Polşa
1978 - Argentina
1. Argentina, 2. Niderland, 3. Braziliya
1982 - İspaniya
1. İtaliya, 2. Qərbi Almaniya, 3. Polşa
1986 - Meksika
1. Argentina, 2. Qərbi Almaniya, 3. Fransa
1990 - İtaliya
1. Qərbi Almaniya, 2. Argentina, 3. İtaliya
1994 - ABŞ
1. Braziliya, 2. İtaliya, 3. İsveç
1998 - Fransa
1. Fransa, 2. Braziliya, 3. Xorvatiya
2002 - Cənubi Koreya və Yaponiya
1. Braziliya, 2. Almaniya, 3. Türkiyə
2006 - Almaniya
1. İtaliya, 2. Fransa, 3. Almaniya
2010 - Cənubi Afrika Respublikası
1. İspaniya, 2. Niderland, 3. Almaniya
2014 - Braziliya
1. Almaniya, 2. Argentina, 3. Niderland
2018 - Rusiya
1. Fransa, 2. Xorvatiya, 3. Belçika
2022 - Qətər
1. Argentina, 2. Fransa, 3. Xorvatiya
Ən çox çempion olan millilər
Braziliya - 5
Almaniya - 4
İtaliya - 4
Argentina - 3
Fransa - 2
Uruqvay - 2
İngiltərə - 1
İspaniya - 1
Braziliya bütün dünya çempionatlarının final mərhələsində iştirak edən yeganə millidir.
Dünya çempionatlarının 10 unudulmaz rekordu
1. Pele – üçqat dünya çempionu
Braziliyalı əfsanəvi futbolçu 1958, 1962 və 1970-ci illərdə dünya çempionu olub. O, futbol tarixində üç dəfə mundial qazanan yeganə oyunçudur.
2. Braziliya – ən titullu komanda
Braziliya millisi 5 dəfə dünya çempionu olub (1958, 1962, 1970, 1994, 2002). Bu göstərici hələ də rekord olaraq qalır.
3. Miroslav Kloze – mundialların bombardiri
Almaniyalı hücumçu Miroslav Kloze dünya çempionatlarında vurduğu 16 qolla tarixin ən yaxşı bombardiridir.
4. Just Fonten – qırılmayan rekord
Fransalı Just Fonten 1958-ci il mundialında 6 oyunda 13 qol vurub. Bir dünya çempionatında ən çox qol rekordu hələ də ona məxsusdur.
5. Lionel Messi – ən çox oyun keçirən futbolçu
Argentina millisinin kapitanı Lionel Messi mundiallarda 26 oyuna çıxaraq bu göstəricidə bütün futbolçuları geridə qoyub.
6. Pele – ən gənc dünya çempionu
1958-ci ildə Braziliyanın heyətində çempion olan Pele kuboku qazananda cəmi 17 yaş 249 günlük idi. Bu rekord indiyədək yenilənməyib.
7. Hakan Şükür – ən sürətli qol
Türkiyə millisinin sabiq hücumçusu Hakan Şükür 2002-ci ildə Cənubi Koreyaya qarşı oyunda cəmi 11 saniyəyə fərqlənib. Bu, mundiallar tarixinin ən sürətli qoludur.
8. Oleq Salenko – bir oyunda 5 qol
Rusiyalı Oleq Salenko 1994-cü ildə Kamerunla görüşdə 5 qol vuraraq bir mundial matçında ən çox qol vuran futbolçu olub.
9. Essam Əl-Hədari – ən yaşlı iştirakçı
Misir millisinin qapıçısı Essam Əl-Hədari 2018-ci ildə 45 yaş 161 günlüyündə meydana çıxaraq dünya çempionatlarının ən yaşlı futbolçusu adına sahib olub.
10. "Marakana" rekordu
1950-ci ildə Braziliya və Uruqvay arasında keçirilən həlledici qarşılaşmanı təxminən 174 min tamaşaçı stadiondan izləyib. Bu, dünya çempionatları tarixinin ən yüksək tamaşaçı göstəricisidir.
DÇ-2026: Yeni dövr başlayır
ABŞ, Kanada və Meksikanın birgə təşkil edəcəyi dünya çempionatı tarixdə ən böyük mundial olacaq. Turnirdə 48 komanda iştirak edəcək, 104 oyun keçiriləcək və çempion olmaq üçün komanda 8 görüşdən qalib ayrılmalı olacaq. Bu, həm iştirakçı sayı, həm də oyunların miqyası baxımından rekord göstəricidir.
1930-cu ildə Montevideoda başlayan dünya çempionatı yolu 96 il sonra Şimali Amerikada yeni mərhələyə qədəm qoyacaq. DÇ-2026 iyunun 11-dən iyulun 19-dək baş tutacaq.
Oxşar xəbərlər
FIFA klublararası dünya çempionatında komanda sayının artırılmasını istəyir
DÇ-2026: Bilet satışlarına sentyabrdan etibarən start veriləcək
Klublararası dünya çempionatından kənarlaşdırılan komanda İdman Arbitraj Məhkəməsinə müraciət edib
Argentina millisi dünya çempionatları tarixində penalti seriyaları üzrə rekordçudur
İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Sosial şəbəkələrdə yaş qadağası!
-
İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
-
XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların vəziyyəti yaxşıdır
-
"Şamaxı" klubu Həbib İsmayılovla yeni müqavilə bağlayıb
-
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
-
Rafael Şvartsman: Azərbaycan aviasiya yanacağının təminatı və tədarükü logistikasında üstünlüklərə malikdir
